Сəbrayıl SƏYAHƏT YERİ

Qafqazın ən qədim tarixə malik bölgəsi Qarabağ saysız-hesabsız abidələrlə zəngindir. Həmin tarixi abidələr Azərbaycan tarixi və mədəniyyətinin qədimiliyinin sübutudur.


17 Oct / 09:08 PM CARİ VAXT

  • Azərbaycan
  • Cəbrayıl
  • 80800 nəfər
  • 1050.00 km2
  • Azerbaijani
  • Manat

Cəbrayıl da zəngin tarixə sahib regionlarımızdandır. Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir.  Rayonun ərazisi əsasən dağlıq olsa da, Araz çayı boyunca vaxtilə sıx Tuqay meşələri olmuşdur.

Cəbrayıl Azərbaycanın tarixi və dini təyinatlı abidələri ilə zəngin bölgələrindən hesab olunur. Şimal və Cənubi Azərbaycanın birlik rəmzi kimi qəbul edilən Xudafərin körpüsü də burada yerləşir. Xudafərin körpüsü vaxtilə Cənubi Azərbaycanla Şimali Azərbaycanın orta əsr şəhərlərini birləşdirən, karvan yolunun üstündə tikilib. Körpü haqqında ilk məlumat VIII–IX əsrlərə aiddir. O, həm də mühüm hərbi-strateji əhəmiyyət daşıyır. Araz çayının ən dar, qayalıqla əhatələnən yerində inşa edilmiş ilk körpü VIII əsrin sonu — IX əsrin əvvəllərindən başlayaraq, XIX əsrə kimi fəaliyyət göstərmişdir. 

Zəngin yeraltı sərvətlərə və əsrarəngiz təbii gözəlliyə malik olan Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də erməni işğalçıları tərəfindən zəbt olunmuş və tamamilə dağıdılmışdır. 4 oktyabr 2020-ci ildə Cəbrayıl işğaldan tamamilə azad olunmuşdur. Bu gün Cəbrayıl ərazisində bir dənə də olsun salamat bina, infrastrukur yoxdur. 

Cəbrayıl rayonunda qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, özünün qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus əsrarəngiz təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılmış və məhv edilmişdir. 

Vaxtilə rayonda yaşı 200-1600 illər arasında olan 14 ədəd iri diametrli şərq çinarı və digər qiymətli ağaclar, həmçinin Dağtumas kəndində “Divlər sarayı” adlanan mağara təbiət abidəsi kimi qorunurdu. 2006-2007-ci illər ərzində ermənilər tərəfindən rayonun 16 min hektardan artıq ərazisində "ekoloji terror" törədilmiş, meşələri yandırılmışdır. 

Cəbrayıl tikinti materialları ilə zəngin rayonlarmızdandır.  Ərazisində mişar daşı ehtiyatları Tulus tuf, Çaxmaqçay, Soltanlı tikinti qumu, Qaracallı gil, ehtiyatları yararlı Göyərçin-Veysəlli vulkan külü, Minbaşlı gəc, Ağtəpə əhəngdaşı, Cəfərabad qum-çınqıl qarışığı, Çaxmaqqaya xalsedon yataqları vardır. İşğal illəri ərazində bu təbii ehtiyatlar da yağmalanmışdır.