Cəlilabad SƏYAHƏT YERİ

Cəlilabad rayonu Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Rayon ərazisində mövcud olmuş Həməşərə şəhəri b.e.ə. II minilliyə aiddir.


23 Apr / 02:02 PM CARİ VAXT

  • Azərbaycan
  • Cəlilabad
  • 232 nəfər
  • 1.44 km2
  • Azerbaijani
  • Manat
Azərbaycan | Cəlilabad | View on map

Tarixi mənbələrdə şəhərin 3 metr hündürlüyündə möhtəşəm qala ilə əhatə olunduğu göstərilir. Ərəblərin hücumundan sonra Həməşəra şəhəri dağılmışdır.

Azərbaycan Respublikasının ərazi və iqtisadi baxımdan ən böyük rayonlarından biridir. Rayon ərazisində 50 tarixi-arxeoloji abidə mövcuddur. 

Cəlilabad Rayonunun ərazisi düzənlik və alçaq dağlıqdır, şərq hissəəsində bəzi yerlər dəniz səviyyəsindən aşağıdadır. Yayı quraqlıq keçən mülayim-isti yarımsəhra-və quru çöl iqlimə malikdir. Relyefinə görə Aran-düzənlik və alçaq dağlıqdır.  Rayonun qərb hissəsində Talış dağlarına aid olan Burovar silsiləsinin bir hissəsi yerləşir. Dəniz səviyyəsindən maksimum hündürlük 1000 metrə qədərdir. Rayonun şərq hissəsində bəzi yerlər okean səviyyəsindən aşağıdır

Cəlilabadda 14,7 min hektar meşə, habelə quş qışlaqları vardır. 

Rayon ölkənin iqtisadi baxımdan çox güclü rayondur. Rayonun iqtisadiyyatında taxılçılıq, kartofçuluq və üzümçülük, çiyələk, sarımsaq əsas yer tutur. Bununla yanaşı təsərrüfatlarda tərəvəz, bostan bitkiləri və meyvə də yetişdirilir. Son illərdə üzümçülük sahahəsi daha da inkişaf etdirilir. Ölkənin ən güclü taxılçılıq,üzümçülük, kartofçuluq, çiyələkcilik rayonudur. Rayonda Günəşli aqropark fəaliyyət göstərir.