Bodrum hava limanına endiyiniz andan etibarən günəş, qumlu çimərliklər, şəffaf Aralıq dənizi suları və sörfinq haqqında düşünə bilərsiniz. Tətilinizi Mavi Kruizdə keçirə bilərsiniz. Bordumda adrenalin həvəskarları üçün su idman növləri mövcuddur. Şəffaf sular dalış və şnorkel üçün idealdır, cip səfərləri və at arxasında gəzinti mütləq sınanmalıdır.
Bodruma səyahət zamanı qəsəbənin mədəni-tarixi irsi ilə tanış olmağınızı mütləqdir. Qədim dünyanın yeddi möcüzəsindən biri Halikarnassın məqbərəsi bu qəsəbədə yerləşir və kiçik bir açıq hava muzeyidir. Qədim dünyanın memarlıq möcüzəsi kimi nüfuzu bu günə qədər qalmaqdadır. Bodrumda Müqəddəs Peter Qalası və onun ərazisində yerləşən Sualtı Arxeologiya Muzeyidə buranın tarixi və mədəniyyətini əks etdirir.
Böyük bir ticarət mərkəzi və yaxtinq mərkəzi olmasına baxmayaraq, gecə həyatı və mətbəxi ilə də zəngindir. Avropa mətbəxindən tutmuş şərqin ədviyyatı yeməklərinə qədər nə istəsəniz, bu qəsəbədə tapa bilərsiniz. Bodrum mətbəxinin əsas yeməkərini ləzzətli Aralıq dənizi və Egey mətbəxi təşkil edir. Gün batdıqca dəniz kənarında restoranlarda nahar edin və sonra çox danışılan Bodrum gecə həyatını kəşf edin. Bitez çimərliyində bar və klublar kifayət qədərdir.