
Bakı
Bakı müasirliklə qədim tarixin vəhdətini əks etdirən şəhərdir. Bakı cazibədar mədəniyyət, qədim tarix və həqiqətən ləzzətli mətbəxi ilə xaraketizə olunur. Şəhər ilk dəfə gələnləri heyran edir.
Bakı müasirliklə qədim tarixin vəhdətini əks etdirən şəhərdir. Bakı cazibədar mədəniyyət, qədim tarix və həqiqətən ləzzətli mətbəxi ilə xaraketizə olunur. Şəhər ilk dəfə gələnləri heyran edir.
Quba Bakıdan 168 km məsafədə, Böyük Qafqazın Şahdağının şimal-şərq yamaclarında, dəniz səviyyəsindən 600 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Uğurlu yerləşmə mövqeyinə, zəngin təbiətinə və infrastruktur imkanlarına görə turistlərin ən sevimli yerlərindən biridir.
Şəki şəhəri cazibədar təbii mənzərəsi, təmizliyi, məxmər havası, axşamları gələn bülbül səsləriylə insanlarda xoş təsir yaradır. Azərbaycanın ən qədim və gözəl şəhərlərindən olan Şəki şəhəri ölkənin şimal-qərbində yerləşir.
Füsunkar təbii gözəlliyi ilə fərqlənən Zaqatala şəhəri Azərbaycan Respublikasının şimal-qərbində, Böyük Qafqaz sıra dağlarının cənub yamacları Qanıx-Əyriçay vadisində Bakıdan 418 km məsafədə yerləşir. Mövcud iqlim şəraitinə görə şəhər dağ-iqlim kurortudur.
Qəbələ Azərbaycanın şimalında yerləşən qədim tarixə malik turistik şəhərdir. Təbii gözəllikləri ilə göz oxşayan Qəbələ eramızın I əsrindən etibarən yazılı mənbələrdə adı çəkilən Qəbələ Albaniyanın ilk paytaxt şəhəri olmuşdur.
Bakıdan məsafsi 268 km məsafədə yerıəşən Lənkəran- Azərbaycan Respublikasının cənub bölgəsinin ən böyük şəhərdir. Xəzər dənizi sahillərində yerləşən şəhərin ilk adı “Ləngərkünan” olmuşdur. Bu da lövbərli dayanacaq, yəni liman deməkdir.
Zəhmət olmasa, sorğunuzu icra edənə qədər səbrli olun.