Şəhər Bakıdan 210 km məsafədə yerləşir. 1952-ci ildə rayon tabeli şəhər statusu almışdır. Şəhər əhalisi ən çox olan rayonlardan biridir.
Şəhərinin girəcəyində alçaq təpələr diqqəti cəlb edir. Bu ərazidə aparılmış arxeoloji qazıntılar zamanı qranitdən hazırlanmış əl dəyirmanı gildən düzəldilmiş küplər, eneolit dövrünə aid əmək alətləri və məişət əşyaları tapılıb.
Şəhərdə Cəlilabad Tarix – Diyarşünaslıq Muzeyi fəaliyyət göstərir. Muzey binası bir mərtəbədən ibarətdir. Hal-hazırda muzeydə 4810 ədəd eksponat vardır.