Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Kəlbəcər şəhəri, şəhər tipli İstisu qəsəbəsi, Başlıbel, Zəylik, Zar, Qılıclı və Zülfüqarlı kəndləri iri yaşayış yerləridir.
Kəlbəcərdə alban dövrünə aid xeyli sayda tarixi abidələr var. Bunlardan ən məşhuru Xudavəng məbəd kompleksidir. Bu abidə kompleksi Kəlbəcər rayonunun şərqində – rayonunun 29 kilometrliyində yerləşir. "Xudavəng" də adlandırılan abidə kompleksi VI–VII əsrlərdə alban knyazı tərəfindən tikilib, XV əsrdə isə bu abidə alban knyazlığının dini məbədi olub.
10 noyabr 2020-ci ildə imzalanan sülh müqaviləsinə əsasən 25 noyabrda Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonu və şəhərini boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil vermişdir.