Masallı ərazisi tarixən qədim Manna və Atropatena dövlətlərinə məxsus olub. Masallı tarixi ilə tanış olmaq üçün (Hişkədərə) Tarix-Diyarşünaslıq muzeyini ziyarət etmək kifayətdir. Muzeydə rayonun keçmişinə aid 19 mindən çox qiymətli eksponat toplanmışdır.
Subtropik iqlimə malik ərazi müalicəvi əhəmiyyətli kükürdlü su bulaqları ilə zəngindir. Şəhərdən biraz aralıda sıx meşənin içində kiçik göl yerləşir. Bura şəhər əhalisinin və qonaqların dincəldiyi yerlərdəndir. Viləş çayının şəhər ərazisindən keçən hissəsi piknik əraziləri kimi nəzərdə tutulub.
Masallı ərazisi 168 qədim, sirli abidələr, qalalar, saraylar, ziyarətgahlar, hamamlar, bulaqlar, məskənidir. Bunlardan 51-i tarix və memarlıq, 70-i arxeloji, qalanları isə XX əsr abidələridir.
Rayonda XIX əsrdə tikilmiş hamam və məscid, Ərkivan qülləsi , Boradigah və Digah kəndlərindəki məscidlər (XV əsr), Seyid Sadıx türbəsi var.