Mingəçevir həm də iqtisadi potensialına və əhalisinə görə ölkənin dördüncü şəhəri sayılır və enerji və sənaye, elm, təhsil və mədəniyyət mərkəzidir. Mingəçevir rayonu Kür çayının üzərində su elektrik stansiyasının tikintisi ilə bağlı salınmışdır. Mingəçevir su anbarı rayonun şimal-qərbində 3 km məsafədə yerləşir. İqlimi mülayim istidir.
1945-ci ildə Kür çayının Bozdağın arasından keçən yerində böyük Su Elektrik Stansiyasının inşası başlayır. Mingəçevir SES-dən 18 kilometr aşağıda Varvara SES-i yerləşir. Mingəçevirdə həmçinin Cənibi Qafqazın ən böyük istilik elektrik stansiyası fəaliyyət göstərir.
XVII əsr türk səyyahı Övliya Çələbi "Səyəhatnamə"sində Mingəçevir haqqında məlumat verərkən, onu Kür çayının sağ sahilində Boz dağın yaxınlığında yerləşən böyük yaşayış məntəqəsi kimi adını çəkir və burada ipək istehsal edən emalatxanalar, sənətkarlıq məhəllələri, mədrəsə və məscidlərin olduğundan xəbər verir. Mingəçevir Alban dövlətinin inkişaf etdiyi dövrlərdə ən mədəni bir mərkəz kimi tanınmışdır.
Mingəçevirin yaxınlığında bütün Qafqazın ən görkəmli görməli yerlərindən biri - qədim Sudağılan yaşayış yerinin arxeoloji tarixi və mədəni kompleksi var.