Azərbaycanın və Şərqin ən qədim və iri şəhərlərindən olan Naxçıvan şəhəri—Azərbaycanın Naxçıvan Muxtar Respublikasının inzibati mərkəzidir. Bakıdan 560 kilometrlik məsafədə, Naxçıvançayın sağ sahilində yerləşir. 

Xalq etimalogiyasına görə Naxçıvan “Nəqşi-cahan” — dünyanın bəzəyi deməkdir. Əfsanəyə görə, Naxçıvan Nuh peyğəmbər ilə əlaqəlidir. Xalqını dünya tufanından xilas edən Nuhun gəmisi burada sahilə çıxmış və ona görə bura Nuh çıxan ərazi hesab edilir. Nuhun gəmisi quruya yan almazdan öncə üç dəfə Kiçik Qafqazın dağ zirvələrinə toxunmuş və Ağrıdağı iki yerə ayrılmışdır.

Orta əsr Fransız səyyahları Pyer Şarden və Dübua de Monper, ingilis səyyahı Porter Naxçıvanın qədim memarlıq abidələrinin saxlanmış olduğu gözəl şəhər olduğunu yazıblar.

XII əsri böyük memarı Əcəmi Naxçıvaninin Yusif İbn Kuseyir  Möminə-Xatun türbəsi, minarəli Сümə Məscidinin portalı zəmanəmizə qədər salamat qalmışdır. Möminə-xatun məqbərəsini yaratmaqla Əcəmi dövrün obrazını yaratmışdır. 

Şəhərdə Xalça Muzeyi, Ədəbiyyat Muzeyi, Tarix Muzeyi fəaliyyət göstərir. Şəhərdə xeyli tarixi abidələr — memarlıq kompleksi İmamzadə, Cümə Məscidi, Zaviyə Məscidi, Pirgəmiş, Xan Evi, İsmayil Xan Hamamı, Yusif İbn Küseyir Məqbərəsi, Möminə-Xatın Məqbərəsi və s. mühafizə olunmaqdadır.

Zəhmət olmasa, sorğunuzu icra edənə qədər səbrli olun.