Rayon mərkəzi Vartaşen (indiki Oğuz şəhəri) 1961-ci ilə qədər kənd statusunda olmuşdur. 1961-1968-ci illərdə ona şəhər tipli qəsəbə, 1969-cu ildə rayon tabeliyində şəhər statusu verilmişdir. 1991-ci ilin fevral ayının 7-də Azərbaycan Respublikası Ali Sovetinin birinci sessiyasında rayonun və şəhərin adı dəyişdirilərək Oğuz rayonu adlandırılmışdır.
Şəhər ərazisində Pravoslav Kilsəsi, Yuxarı məhəllə sinaqoqu, Aşağı məhəlla Sinaqoqu yerləşir.
Şəhərdə xalçaçılıq və tütünçülük təsərrüfatı inkişaf edib,bundan başqa yeyinti sənayesi müəssisələri, asfalt zavodu faəliyyət göstərir.