Cənub-qərbində qala qüllələrinin xarabalıqları olan Çuxur-Qəbələ kəndi qədim Qafqaz Albaniyası dövlətinin paytaxtı kimi şəhərin əzəmətli keçmişini xatırladırlar.  Hər tərəfdən qala divarları və bürclərlə əhatə olunmuş iki böyük hissədən – Səlbir və yerli əhalinin Govurqala adlandırdığı qaladan ibarətdir. 

Şəhərin Qala hissəsinin müdafiə divarları elə ilk baxışdan möhtəşəmliyi ilə diqqəti cəlb edir. Bu günə qədər özünün ilkin görkəmini saxlamış olan cənub divarları xüsusilə daha əzəmətlidir. Qalanın əsas qapısı da cənub tərəfdəndir.  

Unikal təbiəti, mineral bulaqları, gur şəlaləri, iti axan dağ çayları, lacivərd landşaftı ilə seçilən, tarixi ,,İpək yolu”nun üstündə yerləşən, qədim Qafqaz Albaniyasının paytaxtı Qəbələ şəhərinin çox böyük rekrasiya və turizm imkanlarına malikdir.

Şəhərin şimal-şərq hissəsində Tufandağ dağında, xizək yamacları olan bir qış-yay kurortu fəaliyyət göstərir.  Şəhərin qərbində, Nic kəndində qədim Udin məbədi yerləşir.

Şəhər və şəhər ətrafında mütləq görüləsi yerlərə Qəbələnd" Əyləncə Mərkəzi, Nohurgöl, Vəndam kəndi, Laza kəndi, Yeddi gözəl şəlalə, Mucuq şəlaləsi, Qədim Nic məbədi, "Şabalıd meşəsi", Duruja kəndi, Tufandağ qış-yay turizm istirahət kompleksi Nohur Gölü, Rus Meşəsi, Bunud Meşəsi daxildir.

Önərilən tur və tətillər

Önərilən mülkiyyət və qonaqlama yerləri

Ruma Zeytun
RATE STAR

Bağça mənzərələrini təqdim edən Ruma Zeytun Hotel Qəbələdən 15 km aralıda yerləşir.

MIN/QAL1 Gün OTAQ TAP BAX

Zəhmət olmasa, sorğunuzu icra edənə qədər səbrli olun.