Azərbaycanın turistik bölgələrindən olan Qaxda turizm obyektləri, görməli yerləri çoxdur. Bunlardan ən maraqlılarından biri şəhərdəki İçəri bazardır. "İçəri bazar kompleksi" tarixi abidə kimi Azərbaycanın ən cəlbedici və maraqlı turizm mərkəzlərindən biri sayıla bilər. Bu kompleksi səyahət edərək keçmiş yüzilliklərin memarlığını yeni məzmunda duymaq, müasir reallığı hiss etmək mümkündür. Hal-hazırda İçəribazarın şimal və cənub istiqamətindəki qapılar bərpa olunmuş, turistlərə xidmət göstərəcək dükanlar tikilmiş, bazar meydanında isə yaşıl teatr istifadəyə verilmişdir.

Zəhmət olmasa, sorğunuzu icra edənə qədər səbrli olun.