Tovuz zəngin təbiətə, flora və faunaya malikdir. Bakıdan-Tovuza avtobusla təxminən 8 saat yol qət etmək lazımdır. Tovuz paytaxtdan uzaq yerləşsə də buranın gözəlliyi sizi heyrətləndirəcək, yol yorğunluğunuz tamamilə unudulacaq.
Qədim abidələri, dadlı yeməkləri, havası, suyu, bitki örtüyü, heyvanlar aləmi və ən əsası mehriban və qonaqpərvər insanları ilə bura bir dəfə gələnin təkrar qayıdacağı bölgələrimizdəndir.