Sərt təbiət şərtləri şəhərin memarlıq xüsusiyyətlərində öz izlərini buraxmışdır. İnşaat materiallarının xüsusiyyətləri də həmçinin Zaqatala şəhərinin memarlıq simasının formalaşmasına ciddi təsir göstərmişdir.
Qədim zamanlardan Zaqatala şəhəri və kəndlərində yaşayış binaları bir-birindən əhəmiyyətli dərəcədə uzaqlıqda yerləşməklə əksər hallarda müşahidə qüllələri və ya qala divarları ilə əhatə olunurdu. Bu cür evlər evlər qapalı həyətə malik olmaqla təhlükə yaranacağı halda ev sakinlərinin sığınması üçün müdafiə qülləsinin düz yanında yerləşirdi. Şəhərin memarlığı ətraf dağların peyzajı ilə orqanik şəkildə uyğunluq təşkil edir.
Zaqatala qalası, Zaqatala dövlət qoruğu, Köhnə şəhər, Dağılmış kilsə görməli yerlərə aiddir.