Tarixə mənbələrə və şəhərin müxtəlif hissələrində aparılan arxeoloji qazıntılara əsasən burada hələ eramızın əvvəllərində yaşayış məskəni olduğu məlumdur. Şəhərin Sasanilər sülaləsindən olan Şah Xosrov Ənuşirəvan tərəfindən qala-şəhər kimi tikildiyi də yazılı mənbələrdə qeyd olunur.
1981-1983-cü illərdə qədim Şabran şəhərinin xarabalıqları tədqiq edilərək üzə çıxarılıb və burada geniş tarixi-arxeoloji tədqiqatlar aparılıb. Azərbaycanda IX əsrə aid ilk kanalizasiya sistemi məhz Şabranda aşkar olunub. Şəhərdə su kəmərlərinin qalıqları, orta əsr Azərbaycan şəhərlərində ilk küçələr aşkarlanıb.
Belə ki, Heydər Əliyevin 2003-cü il iyun ayında imzaladığı sərəncama əsasən rayon ərazisində yerləşən qədim Şabran şəhəri və Çıraqqala abidələri tarixi qoruq statusunu alıb.
Respublika Mədəniyyət və Turizm Nazirliyinin “Xalq yaradıcılığı paytaxtları proqramı”na əsasən Şabran şəhəri 2011-ci ilin “Əfsanələr paytaxtı” elan edilib.