Şəmkir tarixən Annenfeld adı ilə tanınan, Azərbaycanın qərbində yerləşən şəhərdir. Şəhər Kiçik Qafqazın şimal ətəklərində, Tbilisi-Yevlax magistral yolunun üzərində, Dəllər dəmir yolu stansiyasından 4 kilometr (2,5 mil) aralıda yerləşir. Əhalisinə görə Azərbaycanın səkkizinci ən böyük şəhəridir. Bakı ilə arasında məsafə 399 km-dir.
Şəhərdə şərab və konyak zavodları, həmçinin yerli sənaye zavodu fəaliyyət göstərir.
Şəmkir şəhərinin adı eyni adlı qədim qalanın adlı bağlıdır. Həmin qalanın xarabaları şəhərdən 20 km şərqdə, Muxtariyyət kəndinin yaxınlığında qalmaqdadır. Bir nəzəriyyə görə Şəmkir adı yaşıl rəngə bürünmüş yer mənasını verir. Şəmkir şəhərinin V – VI əsrlərdə salınması güman edilir.Orta əsrlərdə Şamkur adı ilə tanınmış bu şəhər Kiçik Qafqaz ərazisindən axan Böyük Şəmkir çayının sahilində yerləşirdi. O vaxtlar şəhərin ərazisi 20 hektar olmuşdur. Orda səkkiz qülləli feodal qəsri vardır. Bu şəhərin sərvətləri əcnəbi tacirlər və yadelli işğalçıları həmişə özünə cəlb edirdi. Şəhər növbəti dəfə dağıdılandan sonra salamat qalmış azsaylı sakinlər Şəmkiri tərk etmiş və əvvəlki yaşayış məntəqəsindən 9 –10 km aralıda məskunlaşmışdır.
Hazırki Şəmkir şəhərinin əsası 1818-ci ildə buraya köçürülmüş almanlar tərəfindən qoyulub. Həmin ilin yayında Tiflisdən Azərbaycanın Yelizavetpol qəzasına (indiki Gəncə) köçən 194 alman ailəsi Şamxor (indiki Şəmkir) yaxınlığında Yelenendorf (indiki Xanlar(Göygöl) rayonu) və Annenfeld adlı iki koloniya saldılar. 1939-cu ildə Şəmkir şəhər tipli qəsəbə statusunu alıb.