Nabranda əyləncə

Nabran turistlər üçün əsl cənnətdir. Nabrana gələn turistlər burada müxtəlif cür kafelər, nəfis restoranlar və  müxtəlif əyləncə proqramlı gecə klubları tapacaqlar.


Duz, qum və günəş vannaları gözəl ekologiya ilə bir araya gələrək misilsiz müalicəvi təsir göstərir. Bura yalnız məzuniyyət zamanı quru və isti yay günlərindən həzz almaq üçün deyil, həm də sadəcə istirahət və bazar günlərində gəlirlər.
Nabranda şən və faydalı istirahət üçün hər şey mövcuddur. Burada siz çoxsaylı istirahət düşərgələrindən və otellərdən birində yerləşə biləcəksiniz.