Ümumi suallar
Bu səhifədə ölkə haqqında ən çox soruşulan ümumu suallar toplanmışdır. Suallarınıza cavab tapmaq üçün zəhmət olmasa, bu səhifəni yoxlayın.
Azərbaycanda ən çox danışılan xarici dil nədir? Yalnız ingilis dilindən istifadə edə bilərəmmi?
Bakı şəhərində gənc nəslin əksəriyyəti ingilis dilini başa düşür. Lakin, bölgələr üçün bu keçərli deyil. Bələdçi / tərcüməçi xidmətlərindən istifadə etməniz məsləhətdir.
Ciddi şəkildə tətbiq olunan geyim qaydası varmı?
Azərbaycan demokratik ölkələdir. Burada etik geyim normalarını nəzərə almaqla istədiyiniz kimi geyinmə bilərsiniz. Lakin, dini yerlərə-məscidlərə, ziyarətgahlara girərkən başınızı örtəyiniz məsləhətdir.
Yaşlı insanlar rahatlıqla Azərbaycanı ziyarət edə bilərmi?
Bakının yerli nəqliyyat sistemi nə qədər səmərəlidir?
Uzun məsafələr üçün dəmiryol və hava yolları ilə uçuş yaxşı bir seçimdir. Bütün böyük lüks otellər transfer xidmətləri təklif edir. Bakını ziyarət etmək üçün bir avtomobil icarəyə götürmək və qrup halında səyahət etmək məsləhətdir. Şəhər daxilində taksi və ya ictimai nəqliyyatdan istifadə etmək məqsədəuyğundur.
Muzeylərin açılış saatları necədir?
Muzeylər adətən 10.00-dan fəaliyyətə başlayır. Lakin, açılış vaxtları haqqında məlumat əldə etmək üçün "Məkanlar" səhifəsinə baş çəkməyi məsləhət görürük. Eləcə də muzeylərlə birbaşa əlaqə qura bilərsiniz
Ev heyvanlarına icazə verilirmi?
Bakı heyvan sevər şəhərdir. Lakin, bəzi otellərdə ev heyvanların saxlanılmasına icazə yoxdur. Bunu öncədən nəzərə almağınız xahiş olunur.
Təcili çağırış üçün kimə zəng edə bilərəm?
Ölkə üzrə əsas təcili telefon nömrələri: Yanğın söndürmə xidməti 101; Polis 102; Təcili yardım 103; Fövqəladə Hallar Nazirliyi 112.