Baku Rent Car Şirkəti Haqqında

Baku Rent Car “AFN TRANSPORT”-un nəzdində fəaliyyət göstərən nəqliyyat şirkətidir. Şirkəti avtobus, mikroavtobus və sərnişin avtomobillərinin gündəlik, həftəlik, aylıq və daha uzun müddətli kirayəsini təşkil edir.


Bir çox dövlət qurumları, hökumət və qeyri-hökumət təşkilatları, həmçinin çoxlu şirkətlər bizim nəqliyyat xidmətimizdən yararlanırlar.

Xidmətləri:

  • Avtomobil kirayəsi

Bakı avtomobil kirayəsi xidməti sizə sürücü ilə və sürücüsüz avtomobil sifariş verməyi təklif edir. Bizim avtomobil kirayəsi xidmətimiz keyfiyyətə və münasib qiymətlərə görə yerli bazarda ən yaxşısıdır.

  • Sürücü xidmətləri

Biz sizə istədiyiniz məkana apara biləcək peşəkar sürücülər təklif edirik. Müxtəlif geniş çeşidli avtomobillər arasında (sedan, SUV, Limuzin) ən yaxşılarını seçin.

  • Avtobus sifarişi

Biz sizə bizim Avtobus Xidmətlərimizdən yararlanmağı təklif edirik. Siz bizim şirkətin peşəkar sürücüləri tərəfindən idarə olunan avtobuslardan qonaqlarınızı hava limanında və dəmiryolu vağzalında salamlamaq və qarşılamaq üçün istifadə edə bilərsiniz.

  • 24 saat hava limanı xidməti

Biz Bakı şəhərində Hava Limanından transferi təmin edirik. Hava limanından transfer xidmətimiz ən yaxşı nəqliyyat xidməti olaraq, minimal təlaş və maksimum rahatçılıqla sizə yardımçı olacaq.
 


Zəhmət olmasa, sorğunuzu icra edənə qədər səbrli olun.