Lexus Avtomobil markası
Lexus, Yaponiyanın ən böyük lüks avtomobil istehsalçısıdır.
İlk vaxtlarda bu marka yalnız Toyota konserninin lüks modellərini öz adı altında təmsil etmək üçün xüsusi olaraq Amerika bazarı üçün yaradılmışdır. Hal-hazırda Lexus Toyota Motors Korporasiyasının filialı olaraq fəaliyyət göstərir. Əsas istehsal müəssisələri Yaponiya ərazisində yerləşir. 1983-cü ildə şirkət rəhbərliyinin gizli iclasında İdarə heyəti Başçısı Eiji Toyoda lüks bir marka təklif etdi, beləliklə, ilk Lexus avtomobili 1985-ci ildə isrehsala buraxıldı. Bu, Lexus LS400 modeli oldu. Lexus mövcud olduğu müddətdə, əsasən Amerika istehlakçıları üçün son dərəcə bahalı və prestijli lüks avtomobillər istehsalçısı nüfuzunu qazandı. Lakin, bu, markanın avtomobilləri qısa müddətdə bütün dünyada populyarlaşdı.
Şirkət sərnişin avtomobilləri ilə yanaşı benzin mühərrikləri ilə təchiz edilmiş yolsuzluq avtomobilləri və krossoverlər eləcə də, ayrıca "hibridlər" - benzinli elektrik qurğuları olan avtomobillər də istehsal edir.