Porsche Avtomobil markası

Porsche prestijli və bahalı idman avtomobillərinin istehsalı ilə məşğul olan məşhur Alman şirkətidir.


  • Porsche Panamera

Porsche modellərinin əksəriyyəti arxa mühərrikli və boksör mühərrikləri ilə təchiz olunmuşdur. Şirkətin əsas zavodu Almaniyada Stuttgart şəhərindədir. Şirkətin mürəkkəb, lakin maraqlı tarixi 1900-cü ildə başlamışdır. O, dövrdə mühəndis Ferdinand Porsche Fransız Expo sərgisində öz layihısini- Lohner-Porsche elektrikli avtomobilini təqdim etdi. Qısa bir müddətdən sonra öz dizayn studiyası F. Porsche AG-ni yaratdı. Bundan sonra, dövlət dəstəyi ilə Porsche gələcək insanların avtomobili olan Volkswagen Beetle-i dizayn etdi. 

XX əsrin 40-cı illərinin sonlarında məhz bu model əsasında Porsche prototiplərinin 3 versiyası yaradıldı. Volkswagen mühərriki ilə təchiz olunmuş kiçik idman maşını Porcshe 356-nın seriya istehsalına başlanıldı. 50-ci illərin əvvəllərində şirkətin mütəxəssisləri, daha sonra Carrera adlandılacaq Porsche-550 Spyder (Carrera Panamericana) modelini inkişaf etdirdilər. İdman dizaynı və xarakteri Porsche markasının mahiyyətini təşkil edir. Bu xüsusiyyət, Porsche Panamerada, eləcə də,  bu markanın idman avtomobillərinə çox bənzəyən premium Cayenne krossoverində də qabarıq şəkildə ifadə olunur.


Zəhmət olmasa, sorğunuzu icra edənə qədər səbrli olun.