Toyota Avtomobil markası
Toyota ən böyük Yapon avtomobil istehsalçısıdır.
Şirkət tarixi, tekstil sənayesi üçün maşın istehsalı ilə məşğul olan Toyoda Avtomatik Dəzgahın 1935-ci ildə öz avtomobil bölməsini yaratması ilə başlayır. Yeni şirkətə Amerika texnologiyasından istifadə edərək avtomobil istehsalı ilə məşğul olmağa qərar verən Kiichiro Toyoda rəhbərlik edirdi. 1936-cı ildə ilk Model AA avtomobili dizayn edildi. 1967-ci ildə şirkət Daihatsu Motorun əlavə edilməsi ilə gücünü xeyli artırdı. 1988-ci ildə yeni Toyota Motor Amerika bazarı üçün prestijli avtomobil markası - Lexus markasını təqdim etdi. Bu marka ictiamiyyətə Los-Ancelesdəki bir sərgidə təqdim edildi. Bu gün Toyota dünya avtomobil bazarına çox geniş çeşidli modellər təqdim edir.