Bahar Dadaşova Məqalə Yazarı

Bahar Qəniyeva A. 1984-cü ildə Azərbaycanda anadan olub. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) turizm və sosial mədəni servis xidməti üzrə bakalavr dərəcəsini və 2007-ci ildə Bakı Dövlət Universitetinin turizm və sosial sahədə xidmət üzrə magistr dərəcəsini alıb.


  • Azərbaycanın Destinasiya Menecmenti: Qlobal Tanınmaya gedən yol
  • Təzadları qəbul etmək: İş Yerlərinin Yüksəlişi Məsafədən İş Mədəniyyətinin Yeni Erasını açır
  • Əvvəlcə insanlar: Müvəffəqiyyətin mahiyyəti
  • Azərbaycan İdmanı: Sərhədləri aşan həyəcanlar
  • Gəncə 2025: MDB Oyunları İdman Turizminin Zəfəri
  • Tarixi səyahətlər: Azərbaycanın azad edilmiş torpaqları
  • Qlobal Həmrəyliyin Vacibliyi: Ortaq Məsuliyyət
  • Qlobal Həmrəylik: Davamlı Səyahət Əməkdaşlığı
  • Frisaga ilə gələcəyə naviqasiya: Səyahətdə qabaqcıl rəqəmsal transformasiya

 2006-cı ildə Hyatt Hotels Baku (Hyatt Regency və Park Hyatt Baku) Satış və Marketinq Departamentinə Satış və Marketinq şöbəsinin Inzibati Işlər üzrə köməkçi vəzifəsinə qəbul olmuş və 2008-ci ildə Bazar üzrə Analitik vəzifəsinə yüksəlib.

2008-2010-cu illərdə Azərbaycan Turizm İnstitutunda (hazırda Azərbaycan Turizm və Menecment Universiteti) İdarəetmə, Marketinq və Otel İnzibatçılığı fənləri üzrə aparıcı müəllim olub. 2019-cu ildən etibarən UNEC SABAH qruplarında Qiymət və Qiymətləndirmə fənni üzrə dərs tədris edir (ingilis dilində). 2011-ci ilin Noyabr ayında otelin açılışa planlama dövründə JW Marriott Absheron Baku Hotel-in Rezervasiya və Gəlir Meneceri vəzifəsində işə başlamış və 2013-cü ildə Gəlirlərin İdarəedilməsi üzrə Direktor vəzifəsinə yüksəlib. 

2016-cı ildə Absheron Hotel Group-a Gəlirlər üzrə Qrup direktoru və 2017-ci ildə Gəlirlər və Biznesin İnkişafı üzrə Qrup direktoru vəzifəsinə təyin olunub və 9-dan çox beynəlxalq şəbəkə zəncirinə daxil otellər və müstəqil otellər portfelinə nəzarət edir. Tədqiqat maraqlarına turizmin iqtisadiyyata təsiri, kiçik və butik otellərdə gəlirlərin idarəedilməsi, davamlılıq, təhsil və qonaqpərvərlik, gender və turizm sahəsindəki inkişaf daxildir. 

Nəşrlər sırasına 2013-cü il Turizm və Qonaqpərvərlik Tədqiqatları jurnalının 3-cü buraxılışında "Mehmanxana sənayesində Gəlir axınının təkmilləşdirilməsi",  2014-cü il Hospitality and Tourism Studies elmi jurnalı N4-cü sayında  “Kiçik və Müstəqil Otellərdə Gəlirlərin İdarəedilməsi”, 2015-ci il Azərbaycan Dövlət İqtisad Universiteti Elmi Rəylər jurnalında "İqtisadi böhran dövründə otel gəlirlərinin idarə olunması ” adlı məqalələr daxildir. Son nəşr 2019-cu ildə İtaliya, Venesiya şəhərində keçirilən ICTM 2019 Beynəlxalq Tədqiqat Konfransında "Qara Dəniz Hövzəsi Ölkələrində (Azərbaycan, Türkiyə, Rusiya və Gürcüstan) Turizm Siyasətinin Formalaşdırılması Mexanizminə Dövlət Dəstəyi və Davamlı Turizmin İnkişafına təsiri mövzusunda məqalə ilə çıxış etmişdir.


Zəhmət olmasa, sorğunuzu icra edənə qədər səbrli olun.