Lənkərandakı tarixi memarlıq abidələrindən indiyədək salamat qalanlar orijinal fasad naxışları ilə diqqəti cəlb edən Xan evi, Kiçik qala məscidi, Güldəstə minarəsi və qədim Hacı Mirzə hamamıdır. Şəhərdəki tarix muzeyi diyarın tarixi ilə tanışlıq imkanı verir. Muzey binası da memarlıq baxımından çox maraqlıdır. Şəhərdə dekorativ-tətbiqi sənət emalatxanaları mövcuddur. Orada ağac, daş və metal üzərində oyma sənəti ilə məşğul olunur. 

Lənkəranın ətrafındakı memarlıq və tarix abidələrindən bir qismi zəmanəmizə qədər salamat qalmışdır: Yuxarı Nüvədi kəndindəki Əbirlər qülləsi, Şıxakaran kəndindəki Şeyx Zahid qülləsi, Lənkərandan bir qədər qərb tərəfdə isə qədim Balabur qalasının xarabaları qalmışdır. Bu qalanın tikintisində inşaat materiallarının çox maraqlı bir qarışığından – bişmiş qırmızı kərpicdən və çay daşından istifadə edilmişdir. Xalq arasında Boz qala deyilən bu qalada keramikadan hazırlanmış su kəməri boruları hələ də salamat qalmışdır.

Önərilən tur və tətillər

Önərilən mülkiyyət və qonaqlama yerləri

Hirkan Park
RATE STAR

Restoran, bar, ortaq salon və bağ təklif edən Hirkan Park Otel Lənkəranda yerləşir.

MIN/QAL1 Gün OTAQ TAP BAX

Zəhmət olmasa, sorğunuzu icra edənə qədər səbrli olun.