Tərtər SƏYAHƏT YERİ

Aleksandr Düma Tərtər barədə “Yalnız Tərtəri görməyənlər İsveçrəni görməkləri ilə qürrələnə bilərlər» demişdir. Kiçik Qafazın səfalı guşələrindən olan Tərtər rayonu ən qədim yaşayış məskəni olub, dağ ilə aranın qovuşduğu ərazidə yerləşir.


19 Apr / 06:19 AM CARİ VAXT

  • Azərbaycan
  • Tərtər
  • 104200 nəfər
  • 957.00 km2
  • Azerbaijani
  • Manat
Azərbaycan | Tərtər | View on map

Tərtər rayonu Qarabağ düzündə, Tərtər çayının sahilində yerləşir. Rayonun ərazisi Ağdam, Ağdərə, Goranboy, Yevlax və Bərdə rayonları ilə həmsərhəddir.

Tərtər Qərblə Şərq arasında karvan yolunun üstündə yerləşdiyinə görə bura ətraf məntəqlərdən sifariş və məktub göndərmək üçün çoxlu çaparlar gələrmiş. Məhz buna görə Tərtər keçmişdə Çaparxana adlanıb. Bəziləri isə rayonun keçmiş adının Çəpərxana olduğunu iddia edirlər. Bunu isə Tərtərin sıx meşələri, ağacdan çəkilmiş çəpərləri ilə bağlayırlar.

Tərtər rayonu ilə Bakı arasında olan məsafə  332 km-dir. Tərtər rayonu Qarabağ düzündə, Tərtər çayının sahilində yerləşir.

Kiçik Qafqaz sıra dağlarının şimal-şərqində yerləşən Tərtər rayonu Qərbdən Şərqə doğru meyllidir. Qışı quraq keçən mülayim isti və yarımsəhra quru çöl iqlimə malikdir. 

Ərazisindən Tərtər və İncə çayları, cənub sərhəddindən isə Xaçın çayı axır.

Rayonun səthi şimal-şərqdə düzənlik, cənub-qərbdə dağlıqdır. Dağlıq sahədə Yura-Tabaşir, düzənlikdə Antropogen çöküntüləri yayılmışdır. Faydalı qazıntıları: neft, daş kömür, tikinti materialları, səpinti qızılla zəngindir.