Şəki SƏYAHƏT YERİ

Böyük Qafqaz dağlarının sıx meşəli yamaclarında yerləşən,UNESCO-nun Dünya İrsi daxil olan Şəki sevimli kiçik şəhəridir. Mürəkkəb İslam memarlığı, panoramik qarla örtülmüş zirvələr ilə insanı valeh edən şəhərdə vaxtın dayandığı hiss edirsiniz.


02 Dec / 10:07 PM CARİ VAXT

  • Azərbaycan
  • Şəki
  • 186600 nəfər
  • 24328.00 km2
  • Azerbaijani
  • Manat
Azərbaycan | Şəki | View on map

Əsararəngiz təbiəti  və təmiz dağ havası olan bu şəhər Qafqaz dağları ilə əhatə olunmuşdur və sakinlərinin özünəməxsus danışıq tərzi var. Bura yer üzərindəki cənnətə bənzəyir. Əhalisi zarafatları və qonaqrəvərliyi ilə fərqlənir. Şəkidə zarafatları bilməmək ayıb sayılır, çünki şəhər yumoru ilə məşhurdur. 

2700 illik tarixə malik şəhər, Bakının 370 km şimal-qərbində, Böyük Qafqaz dağlarının cənub yamaclarında yerləşən Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Təmiz havası, mənzərəli təbiəti və mehriban sakinlər ilə məşhur şəhər buraya gələn səyahətçilər və qonaqlara başqa bir əhval bəxş edir. Şəhərin ətrafındakı bölgə gözəl mənzərələri, mineral su bulaqları, meşələri və çayları ilə əsl təbii möcüzədir.

Arxeoloji tapıntılar şəhərin Qafqazın ən qədim yaşayış məskənlərindən biri ola biləcəyini və ərazisindəki aşkar edilmiş parçaların 2500 ildən çox yaşı olduğunu göstərir. Bu səliqəli şəhər qədim tarixə malikdir, ziyarət etmək üçün maraqlı yerləri, gəzmək üçün dar küçələri var.

Şəki eyni zamanda yay əvvəllərində bir yerə toplaşan şirin sevərlərdən iştirak etdiyi şirniyyat festivalının, beynəlxalq və yerli festivalların məkanına çevrilmişdir.

“Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğu Şəki şəhərinin mərkəzində yerləşir. Qoruğun ərazisində dövlət qeydiyyatına götürülən 25 tarixi abidə vardır. Bu ərazidə təbiət gözəllikləri ilə insanların yaratdıqları qədim abidələr vəhdət təşkil edir. Xanlıqlar dövründə saxsı borularla çəkilən “Taclı suyu”ndan indi də istifadə olunur. Bu ərazidə qədim məhəllə adları indiyədək qorunub saxlanılır.

Şəkidə bir çox unikal tarixi və memarlıq abidələri var. Şəhər qalasında yerləşən əzəmətli Şəki xanlarının Sarayı, möhtəşəm divar rəsmləri və rəngarəng pəncərələrin mozaikası ilə xüsusi yer tutur. Saray 1762-ci ilədək Şəki xanlarının iqamətgahı idi. Sarayın daxili dizaynı Azərbaycan memarlığının ən yaxşı ənənələrini əks etdirir. Orta əsrlər Azərbaycanın ən gözəl memarlıq abidələrindən biri hesab olunur. Sarayın yerləşdiyi küçədə suvenirlər ala, milli geyimlərdən də istifadə edə bilərsiniz.

Şəkidə görülməli başqa bir yer yerli Köhnə Qaladır. Burada 11 tarixi hamam var və onlardan biri də XIX-cu əsrdə tikilib istifadəyə verilib. Müxtəlif dövrlərdən olan tarixi abidələrin əksəriyyəti  V əsr alban məbədi şəhərin bu hissəsində yerləşir.Turistlər XVIII əsrə aid olan Şəkinin Aşağı və Yuxarı Karvansaralarını ziyarət edirlər. Yuxarı Karvansaradakı çayxana yerli şirin Şəki halvasını dadmaq və çay içmək üçün mükəmməl bir yerdir.

Məşhur yerli yemək Piti də burada verilir. Səkkiz doqquz saat ərzində xüsusi saxsı qablarda bişirilən bu Pitinin ləzzətinə unutmaq mükünsüzdür. 

Giləhli məscidi və ya Gileyli məscidi — Şəki şəhərində yerləşən, XVIII əsrdə inşa edilmiş tarixi məsciddir. Şəkidə ən qədim və mükəmməl qorunan abidələrdən biri Kiş kəndindəki Alban kilsəsidir. Şəkidə görülməli başqa bir yer şəhərdən Kiş çayının qərb sahilində çox uzaqda yerləşən Gələrsən-Görərsen qalasıdır. XV əsrdə strateji bir yerdə inşa edilmişdir. Heç kim bu qalanı ələ keçirə bilmədiyinə görə bu adı almışdır. Buradan bölgənin heyrətamiz təbii mənzərəsi  açılır. Müasir Şəki şəhəri Kiş çayının palçıq axınları ilə məhv edildikdən sonra 1772-ci ildə yenidən qurulmuşdur.

Bir sözlə orijinal Azərbaycan şəhərini görmək istəyənlər Şəkiyə getməlidirlər.


Şəki Qonaqlama

Hər bir istiqamətə uyğunlaşdırılmış otellər, kurortlar və yaşayış yerlərinin diqqətlə seçilmiş kolleksiyamıza nəzər salın. Lüks, istirahət və ya büdcəyə uyğun seçim axtarırsınızsa, bizim yerləşdirmə bölməmiz hər bir səyahətçinin ehtiyaclarına uyğun müxtəlif seçimlər təklif edir. Cazibədar butik otellərdən geniş kurortlara qədər mükəmməl evinizi evdən uzaqda tapın və hər bir təyinat yerində qalmağınızdan maksimum yararlanın.

Ruma Qala

Ruma Qala

Otel
Şəki Saray

Şəki Saray

Otel
Marxal

Marxal

Kurort
MinAli

MinAli

Otel
Macara Sheki City Hotel

Macara Sheki City Hotel

Otel