Bentley Avtomobil markası
Bentley-ingilis lüks avtomobil istehsalçısıdır.
Mövcud olduğu illər ərzində dünyanın ən prestijli və bahalı markası imicini yaratmışdır. Şirkətin tarixi 1919-cu ildə, yüksək ixtisaslı mühəndis Walter Owen Bentley-nin avtomobil istehsalı üçün öz firmasını qurması ilə başlayır, lakin, şirkət F. Barges və G. Varley ilə birlikdə inkişaf etdirilmişdir. Markanın emblemi qurucunun soyadındakı ilk hərf- "B" hərfidir. Birinci Dünya Müharibəsi bitdikdən sonra şirkət rəhbərliyi dizaynı ilə İngiltərədə və xaricdə yaxşı tanınan avtomobillər yaratmağı düşünməyə başladılar. 1920-ci ildən bəri Bentley avtomobilləri dəfələrlə nüfuzlu dünya yarışlarında qalib gəlib. 30-cu illərdən başlayaraq şirkət müstəqilliyini itirdi və Rolls-Royce konserninin bir hissəsi oldu. Bu gün Bentley şirkəti Alman Volkswagen konserninin bir hissəsidir.