Kia Avtomobil markası
Kia Cənubi Koreyanın əsas avtomobil istehsalı markalarındandır.
Kia avtomobil istehsal firması 1944-cü ildə qurulmuşdur. Əsas fabrik və mərkəzi ofisi Seulda yerləşir. Fəaliyyətinin başlanğıcında şirkət velosiped istehsal edirdi (1952). Az sonra şirkətin skuter istehsalı üçün fəaliyyətini yenidən hazırlamağa qərar verir. Şirkətin adı 1971-ci ildə Kia Corp olaraq dəyişdirildi. Avtomobil karyerasına 1977-ci ildə, ilk avtomobilin Mazda lisenziyası ilə yığılması ilə başladı. İstehsalın genişləndirilməsi nəticəsində az sonra şirkət Asia Motors Co. avtomobil şirkətini satın aldı. 1998-ci ildə şirkət adı yenidən dəyişdirilərək Kia Motors Corp. oldu. 90-cı illərin sonlarında şirkət yerli maliyyə böhranı ilə qarışır və Hyundai şirkətin nəzarət payını alaraq köməyə gəlir.