ASTARA-LERİK-YARDIMLI kamp Məlumat
3 GECƏ 4 GÜNLÜK KAMPIMIZDA ƏSASƏN YÜRÜŞLƏR OLACAQ. AZƏRBAYCANIN CƏNUB GÖZƏLLİKLƏRİNİ VƏ TƏBİƏTİNİ GƏZƏCƏYİK VƏBU MÜDDƏT ƏRZİNDƏ TƏBİƏTDƏ KAMP EDƏCƏYİK
Astara-Lerik-Yardımlı 4 günlük kamp
Sım kəndi Astara rayonunda yerləşir, kənddə heyvandarlıq və əkinçiliklə məşquldur əhalisi əsasən. Burada “Talış”lar yaşayır və “Talış” dilindən istifadə olunur. Talış-Peştəsərin Cənub yamacındadır Sım kəndi. Lerik və Lənkəran ilə sərhəddir Astara şəhəri, cənubdan İran İslam Respublikası ilə
Lerik rayonunun ərazisi Talış-Peştəsər silsilə dağlarının əhatəsindədir. Cənub və cənub-qərbdə Yardımlı, şimal-şərqdə Lənkəran, şimal-qərbdə Masallı, cənub-şərqdə Astara rayonları ilə həmsərhəddir. Ən yüksək zirvələri Kömürgöy (2493 m) və Qızyurdudur (2433 m). Əsasən pallogenin vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur.
Tur haqqında:
1-ci gün
07:00 Bakıdan çıxış
09:00 Səhər yeməyi (Hacıoğlu restoranında)
13:00 Astara Sımdayıq
13:20 Dustaqxana şəlaləsinə doğru yürüş
14:00 Dustaqxana şəlaləsindəyik
14:40 Ballıqayaya yürüş
15:20 Ballı qayadayıq
16:00 Yuxarı Şirhal şəlaləsinə yürüş
16:30 Yuxarı Şirhal şəlaləsindəyik
17:00 Kənd evinə gedirik, Axşam yeməyi və Çay süfrəsi
19:00 Lerikə doğru yola çıxırıq
20:00 Lerikdəyik və kamp yerinə gedirik
20:45 Kamp yerindəyik çadırlara yerləşmə və ocaq başında söhbət etmək, əyləncələr
2-cü gün
09:00 Səhər yuxudan qalxmaq
10:00 Səhər yeməyi
11:00 Yuxarı Qələbinə doğru yürüş
11:45 Yuxarı Qələbindəyik
12:30 Aşağı Qələbinə doğru yürüş
13:45 Aşağı Qələbin şəlaləsindəyik
15:00 Nahar yeməyi və Asudə vaxt, şəlalədə çimmək
16:00 Meşədə və Qələbin kəndində gəzinti
20:00 Axşam yeməyi, çay süfrəsi, əyləncələr
3-cü gün
09:00 Səhər yuxudan qalxmaq
10:00 Səhər yeməyi
11:00 Yolsuzluq maşını ilə aşağı düşmək
12:00 Bibihoni kəndinə gedirik (Yolsuzluq maşını ilə)
12:30 Böyük Bibihoni şəlaləsinə yürüş
13:00 Böyük Bibihoni şəlaləsindəyik
13:45 Kiçik Bibihoni şəlalısinə yürüş
14:15 Kiçik Bibihonu şəlaləsindəyik
15:30 Fasilə çay süfrəsi
16:00 Böyük Bibihoni şəlaləsində nahar yeməyi (Cənub mətbəxi, Aş, Ləvəngi toyuq, Kükü, Kompot, salatlar)
17:00 Bibihonidən yola çıxırıq
18:00 Sprinterin yanındayıq
19:00 Yardımlıya doğru yola çıxırıq
21:00 Yardımlı Nisəqaladayıq və Axşam yeməyi çadırlara yerləşmə
4-cü gün
09:00 Yuxudan qalxmaq
10:00 Səhər yeməyi
11:00 Nisəqala kanyonuna yürüş və şəlalələrə gediş
12:00 Kanyonun üstünə getmək, yolsuzluü maşını ilə
13:00 Nahar yeməyi
15:00 Təkdam şəlaləsinə getmək
17:00 Bakıya doğru yola çıxırıq
22:00 Bakıdayıq
Qiymətə daxildir:
-Nəqliyyat (VİP)
-Yolsuzluq maşınları (NİVA, Qaz-66, UAZ)
-Çadırlar (2 nəfərlik)
-Yataq kisəsi (1 nəfərlik)
-Mat (1 nəfərlik)
-Səhər yeməyi (4 dəfə)
-Nahar yeməyi (4 dəfə)
-Axşam yeməyi (3 dəfə)
-Çay süfrələri
-Kofe
-Çərəzlər
Ümumi məlumat:
3 günlük kamp müddətində, Səhər yeməkləri (4 dəfə), Nahar yeməyləri (4 dəfə) , Axşam yeməyi (3 dəfə) daxildir, limitsiz çay və kofe olacaq. Gecələmə çadırlarda olacaq və ləvazimatlarla təmin olunacaq hərə kəs. Çadırlarımız iki nəfərlikdir və iki nəfər yatır içində. Nəqliyyat vasitəsi VİP konfortlu sprinter, Qələbin kəndinə və Bibihoni kəndinə yolsuzluq maşınlarından istifadə edərək qalxacağıq, çantalarda həmin maşınlarla aparılacaq. İki bələdçi yol boyu sizinlə olacaq
İki nahar yeməyi və bir səhər yeməyi xaric geri qalan yeməkləri təbiətdə, ocaq üstündə hazırlanacaq.
ASTARA-LERİK-YARDIMLI kamp Nə daxildir
- Rusdilli bələdçi
- Yeməklər
- transfer
- nəqliyyat xidmətləri
- yüngül qəlyanaltı
- sığorta
- yeməklər
- giriş haqqı
- Rusdilli komanda lideri
- İngilis dilində danışan bələdçi
ASTARA-LERİK-YARDIMLI kamp Daxil deyil
- hotel
- şərab dequstasiyası
- şəxsi xərclər
- şəxsi sürücü
- qulaqlıqlar
- Yanacaq
- Oteldən-otelə transfer
ASTARA-LERİK-YARDIMLI kamp Mövcudluq
Oops!!! Heç bir nəticə tapılmadı.
Hörmətli istifadəçi təəssüf ki, daxil etdiyiniz sorğu ilə bağlı məlumat tapılmadı. Lakin bu son deyil, lütfən yeni axtarış sorğusu ilə yenidən cəhd edin.