
Azərbaycan: qısa tanışlıq
Şərqin nağıl dünyası, Qafqazın incisi Azərbaycan Avropa və Aziyanın kəsişməsində yerləşən qədim ənənələr ölkəsidir. Tar və kamança -qədim musiqi alətlərində çalınan musiqiyə və səslənən muğama qulaq asmanız kifayətdir!
Gəlin Bakıya, məşhur “Leyli və Məcnun”, “Yeddi gözəl”, “Arşın mal alan” opera və baletini izləyin! Filarmoniya bağının möhtəşəmliyini seyr edin. Qədimliyi ilə zəngin olan İçəri şəhərin hər küçəsini araşdırıb, ordan müasir Nizami(Torqovıy)küçəsinə düşün.
Bakı zəngin şəhərdir, bu zənginliyi isə yalnız en hündür yerdən izləmək olar. Bu, Dağüstü parkdır. Ordan Baku Bulvarını və ən əsası səma ilə qarışan Xəzər dənizini izləmək olar.
Azərbaycan hər fəsildə gözəldir. Qışda Şahdağa, Tufandağa gedib xizək sürə bilər, yayda Xəzər dənizin sularında çimə, payızda yetişən nar və heyva meyvələrini dada və nəhayət baharda isə Novruz bayramı (Bahar bayramı) əhval ruhiyyəsində olan ölkəni daha yaxından tanıya bilərsiniz.
Azərbaycan 9 iqlim qurşağında yerləşir. Bu səbəbdən ölkə ərazisində hər cür meyvə yetişir. Təbiətin gözəlliyi sizi məfsun edəcək! Axan çaylarının səsi uzaqlardan eşidilir, bar verən ağacları, zəngin torpağından gəlir və dağlarının güşəsi uzaqlardan görülür!
Dost, qonaqpərvər, istedadlı sənətkarlar ölkəsinə gəlin və ləzzətli mətbəxdən həzz alın!
Abu Anwar - Very Enterprising Article!Feb, 18, 2025
I am Abu . I have been to Azerbaijjan. I love your write up. You need to write also on the food at Azerbaijjan. Have you tried the Berry Pilaf when you were there? I recommend it and Maghara that is an authentic chicken dish in a roti bundle. I am Abu here. Presently I am doing Weekend Mba with the University of Wollongong in Dubai. Will be planning a trip to Azerbaijjan in September!