İqlim dəyişikliyi: yaranacaq problemlər və mübarizə yolları

İqlim dəyişikliyi: yaranacaq problemlər və mübarizə yolları

İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir.  Qlobal istiləşmə haqqında 1975-ci ildən, ekoloqlar orta temperaturun dəyişməsini qeyd etməyə başlayandan bəri kifayət qədər fəal şəkildə danışılır.


BMT əgər müdaxilə olunmazsa qlobal istiləşmə və iqlim dəyişkənliyi səbəbindən  hamının aşağıdakı sadalanan problemlərlə gec-tez qarşılaşacağı qeyd edir:

·         tropik və subtropiklərdə (sitrus və zəncəfilin böyüdüyü yerlərdə) kənd təsərrüfatı üçün təhlükə;

·         Əhalinin yağış sularından asılı olduğu bölgələrdə suyun azaldılması davam edəcək və mövcud suyun keyfiyyəti pisləşəcək, meşələr təhlükə altında olacaq;

·         tropik və subtropik bölgələrdə malyariya, dang qızdırması və digər xəstəliklərdən ölüm halları artacaq;

·         buzlaqların əriməsi və müvafiq olaraq dəniz səviyyəsinin yüksəlməsi, bu da sahilyanı ərazilərin su altında qalmasına səbəb olacaq;

Ölkələrin iqlim dəyişikliyi ilə bağlı işini tənzimləyən ilk sənəd - BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ildə qəbul edilmişdir. Bundan əlavə, 1997-ci ildə istixana emissiyalarının azaldılması və ya sabitləşdirilməsini tələb edən Kioto Protokolu qəbul edilmişdir. 2015-ci ildə 200-ə yaxın ölkə Paris İqlim Sazişini imzalayıb.

Sənədin əsas məqsədləri aşağıdakılardır:

2021-ci ildən: Kömür, qaz və neft hasilatının yeni mənbələrinin işlənməsini dayandırmaq;

Yeni bərpa olunan enerji mənbələrinin illik tətbiqini artırmaq;

2030-cu ildən: Karbon emissiyaları olmadan yeni bina və tikililər tikmək;

Elektrik enerjisinin mövcudluğunu artırmaq və kömür zavodlarından istifadəni azaltmaq;

60%-ə qədər elektriklə işləyən avtomobilləri istifadəsinə keçmək.

2035-ci ildən: Satılan elektrik maşınlarının payını 50%-ə çatdırmaq;

Bütün sənaye elektrik mühərrikləri və soyutma sistemləri üçün ən yüksək enerji səmərəliliyi sinfini təmin etmək;

2040-cı ildən: Elektrik enerjisi istehsalından sıfır emissiyaya nail olmaq;

2020-ci il səviyyəsindən neftin yalnız 50%-ni istehlak etmək;

Aşağı emissiyalı aviasiya yanacaqlarının payını 50%-ə qədər artırmaq.

2050-ci ilə qədər: Enerji sektorunda xalis sıfır karbon emissiyasına nail olmağı planlaşdırmaq

2100-cü ilə qədər planetdə orta temperaturun sənayedən əvvəlki səviyyədən 2°C-dən çox artmasının qarşısını almaq;

qlobal istiləşməni 1,5°C-də saxlamaq üçün mümkün olan bütün yolları istifadə etmək;

Dünya elektrik enerjisinin 90%-dən çoxunu bərpa olunan enerji mənbələrindən istifadə etməklə istehsal etmək, bunun da 70%-dən çoxu külək və günəş enerjisinə əsaslanır.

İqlim dəyişikliyinə qarşı mübarəzədə Azərbaycanın fəaliyyəti:

Azərbaycanda iqlim dəyişikliyinə ən çox zəif olan sahələr kənd təsərrüfatı sektoru, su sektoru və sahiyanı zonalarıdır. Ölkənin iqlim dəyişmələrinin təsirlərinin  azaldılması və bu təsirlərə  adaptasiya strategiyaları uzunmüddətli Dövlət Proqramlarında öz əksini tapırmışdır.

Azərbaycan Respublikasının bu marafonda əsas öhdəlikləri gec olmayaraq karbon neytrallığına nail olmaqdır. Onun vəzifələrinə həmçinin dəyişən iqlimə uyğunlaşmaq üçün operativ və uzunmüddətli tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi, iqlimə antropogen təsirin yumşaldılması, istixana qazlarının emissiyasının azaldılması üzrə tədbirlər, meşə təsərrüfatı sahəsində iqlim layihələri və s.aiddir.

Azərbaycan Respublikası həmçinin göstəricilərə nail olmaq üçün ayrıca sənədlər qəbul edilmişdir.

Azərbaycan Respublikası Milli Məclisi 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına qoşulmuşdur və Konvensiyanın Kioto Protokolunu  2000-ci ildə təsdiq edilmişdir. Kioto protokolu üzrə öhdəliklərin yerinə yetirilməsinin 2-ci dövrü üçün qəbul edilmiş Doha əlavəsi 14 aprel 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən  ratifikasiya edilmiş və ölkə prezidenti tərəfindən imzalanmışdır.

Azərbaycan Respublikası  BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına əlavə olan  Paris Sazişini  22 aprel 2016-cı ildə  imzalamış və həmin ilin oktyabr ayında ratifikasiya etmişdir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına özünün Nəzərdə Tutulan Milli səviyyədə müəyyən edilmiş Töhfələrində qlobal iqlim dəyişmələrinin qarşısının alınması təşəbbüslərinə töhfə olaraq 1990-cı baza ili ilə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35% azalmanı hədəf kimi götürmüşdür.


Post a Review Add Review

Zəhmət olmasa, sorğunuzu icra edənə qədər səbrli olun.