Qlobal istiləşməni meydana gətirən amillər və onlarla mübarizə yolları

Qlobal istiləşməni meydana gətirən amillər və onlarla mübarizə yolları

Yaşadığımız Yer kürəsi bəşər tarixindən heç vaxt olmadığı qədər vaxtdan istiləşir. İstixana qazları emissiyaları üçün günəşdən gələn istiliyin qarşısı alınır. Bu, da qlobal istiləşməyə və iqlim dəyişikliyinə gətirib çıxarır.


Məlumdur ki, neft, qaz, kömür, - qlobal istiliyə və iqlim dəyişikliyinə ən böyük töhfələr verir, qlobal istixana qazları emissiyalarının 75 faizindən çoxunu və bütün karbon qazı emissiyalarının təxminən 90 faizini təşkil edir.

Tarixə nəzər salsaq görərik ki, XX əsrdə elektrikin kəşfiyyatı ilə neftdən yanacaq kimi istifadə minumuma endirilib. Lakin sonradan avtomobilin icadı ilə neft təlabat yenidən artmışdır ki, bu gün bu da atmosferin çirklənməsinə səbəb olan əsas amillərdəndir.

Tədqiqatçılar hesablayıblar ki, atmosferdəki karbon qazının miqdarı iki dəfə artarsa, planet təxminən 3,6-5 dərəcə istiləşəcək. Bununla belə, 2021 IPCC hesabatında bildirilir ki, sənayedən əvvəlki səviyyələrlə müqayisədə karbon qazının iki dəfə artması 2-5 ℃ istiləşməyə səbəb olacaq.

1880-ci ildən, yəni sənaye inqilabından bir qədər əvvəl Yer kürəsinin orta iqlim göstəriciləri sürətlə dəyişir. Hesab olunur ki, Yer artıq istixana qazları adlanan sənaye emissiyaları səbəbindən 1,2 dərəcə istiləşib. Mütəxəssislər əlavə istilik və enerji baxımından temperaturun 1,1 dərəcə artmasının saniyədə dörd Xirosima bombası partlayışına bərabər olduğunu bildirmişdilər.

Mütəxəssislər bir neçə onilliklərdir ki, qlobal istiləşmə səbəbindən planetdəki canlıların yarısının nəslinin kəsiləcəyini bildirirlər. Son on illiklərdə artıq bu dəyişiklikləri hamımız hiss edirik.  Niyə bu baş verir, bununla bağlı nə etməli və adi bir insan olaraq bunu düzəldə bilərikmi? Bu məsələdə insanlığın məsuliyyəti nədir?

Qlobal istiləşmənin səbəbləri

Qlobal istiləşmə, karbon qazı kimi istixana qazlarını atmosferə buraxan qalıq yanacaqların yandırılması nəticəsində baş verir.

İstixana qazları sənaye inqilabından əvvəl də mövcud idi. Bunlar vulkan püskürmələri, meşə yanğınları və hətta canlı orqanizmlərin nəfəs almasıdır ki, bu normal bir prosesdir. Son əsrdə sənayenin təsiri o qədər böyüdü ki, proses onlarla dəfə sürətlə getməyə başladı. Digər tərəfdən kömür, neft və qazın yanması, meşələrin qırılması-ekosistemin pozulması, dünya əhalisinin sayının artıması ilə heyvandarlıq məhsullarının artımı, süni istehlak, plastikin həddən artıq miqdarının gündəlik təlabata daxil ediməsi, gübrələrdən azot oksidi emissiyaları, avadanlıq və məhsullardan flüorlu qazların emissiyası.

Qlobal istiləşmənin nəticələri

Mütəxəssislər planetin temperaturunun 2 dərəcəyə qədər artmasının fəlakətə səbəb olacağını qeyd edirlər. Ümumiyyətlə, 1980-ci illərdən bəri hər onillik əvvəlkindən daha isti olmuşdur. Tempraturun artması kənd təsərrüfatında problemlər yaradacaq, bir sıra heyvanlar növləri tələf olacaq, ümumiyyətlə, istiləşmə bütün ekosistemlərə təsir göstərəcək. Planetin müxtəlif yerlərində hava anomaliyaları daha da pisləşəcək ki, bu da insanların həyatına təsir göstərəcək. Dünyanın bəzi yerlərində yağış az, bəzilərində daha çox, üçdə birində isə eyni miqdarda yağış yağacaq, lakin daha güclü və qısamüddətli olacaq. Belə anomaliyalar quraqlığa və daşqınlara səbəb olacaq. Son dövrlərdə əsrlərlə yağıntı düşməyən Saxara səhrasına eləcə də Afrika qitəsinin bəzi yerlərində yağıntılar, Arktika buzlaqlarının əriməyə başlaması buna misal ola bilər.

Bu, konkret olaraq bizə necə təsir edicək?

Qlobal istiləşmə və iqlim dəyişikliyi əlbətdə ki, insanların həyatlarına böyük təsir göstərəcək.  Qlobal istiləşmə həmçinin daha çox insanın yoxsulluğa düşmə riskini artıracaq. Qarşısı alınmazsa  aşağıda sadalanan risklər yaranacaq:

·         Güclü tufanlar və güclü yağıntılar su ehtiyatlarının, o cümlədən içməli su mənbələrinin çirklənməsinə səbəb olacaq.

·         Bəzi yerlərdə isə içməli su ehiyatları əlçatmaz olacaq.

·         Yaşayış yerləri sel və ya meşə yanğını nəticəsində zədələnəcək.

·         Açıq havada işləmək dözülməz hala gələcək.

·         Temperaturun yüksəlməsi ilə elektrik enerjisinə təlabat artacaq.

·         Çiçəkləmə dövrü daha uzun olacaq, bu da allergiya və astma tutmalarının artmasına səbəb ola biləcək.

·         Temperatur yüksəldikcə daha çox insan istilik vuruşundan əziyyət çəkəcək.

·         Temperatur yüksəldikcə bəzi təyyarələr istiyə tab gətirə bilməyəcək. Belə ki, isti iqlimə malik Yaxın Şərqdə şəhərlərarası uçuşlar gecə saatlarında həyata keçirilir.

Biz nə edə bilərik?

·         Mütəxəssislər yaşıl həyata keçid naminə müxtəlif variantlar təklif edirlər: avtomobillərdən velosipedlərə keçid,

·         tullantıları azaltmaq;

·         piyada və ya velosipedlə səyahət etmək;

·         mövsümi məhsullar yemək;

·         evdən çıxarkən elektrik cihazlarını söndürmək;

·         yüngül tekstil məhsullarını sona qədər istifadə etmək;

·         dostlarla və işdə yaşıllaşdırma haqqında danışmaq;

·         elektrik nəqliyyatını seçmək;

·         bərpa olunan enerji mənbələrinə keçid etmək;

·         nağdsız ödənişdən istifadə etmək;

·         daha çox bitki qidalarına üstünlük vermək

·         əşyaları təmir edmək və onlara “ikinci həyat” vermək

·         plastiki bacardıqca həyatımınzdan çıxarmaq.

Makro səviyyədə bunu qanunlar tənzimləsə də mikro səviyyədə hər bir insanın bu gün etdiyi seçimlər gələcək üçün çox vacibdir. Dünya bizim evimizdi və ona laqeyd yanaşmağı dayandırmağın vaxtıdır.


Post a Review Add Review

Zəhmət olmasa, sorğunuzu icra edənə qədər səbrli olun.