
Mənzərəli görünüş, relyef müxtəlifliyi şəhərin tikiliş və quruluş sisteminə təsirsiz keçməmişdir. Şəhər evləri yaşıllıqla əhatələnib. Təbiətin bir hissəsi olan Şəki şəhəri burda yaradılan arxitektura əsərləri ilə bəzədilib. Bu yalnız möhtəşəm dağ mənzərəsiylə sərhədlənməyib, həm də təbiətlə uyğunluq təşkil edən planlaşdırmaya əsaslanıb. Şəhərin küçələri özünə məxsus planlaşdırmaya əsasən qurulmuşdur.
Buna Ziissermanın yazılarında rast gələ bilərik. Onun yazdığına görə gözəl təbii mənzərəyə sahib olan Şəki kiçik dağ çayının mənsəbində yerləşmiş, yaşıllıqların içinə qərq olmuş evlər, qoz, fındıq, tut ağaclarıyla dolu bağlardan ibarət idi. Şəkinin küçələri həmişə təmiz saxlanılır və hətta bunun üçün xüsusi adamlar da ayrılmışdı.
Qədim tarixə malik şəhərdə xeyli sayda memarlıq abidələri mövcuddur. Memarlıq abidələrindən Şəki xan sarayı, Şəkixanovların evi, Giləkli məscidinin minarəsi, məscid, qala divarları, Şəkinin dairəvi məbədi (XVII-XIX), Zəyzid məbədi (XI-XII), Kiş kəndinin Kiş alban məbədi, Şəki karvansarayı mühafizə olunur. Ümumdünya İrs Komitəsinin 43-cü iclasında şəhərin köhnə hissəsi və Şəki xanlarının sarayı UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.
Mövcud istiqamətlər
Önərilən tur və tətillər
