Ağsu SƏYAHƏT YERİ

Bakıdan Ağsuya gedən yol uzunluğu 14 km olan məşhur Ağsu aşırımından keçir. Dəniz səviyyəsindən 900 m-ə qədər yüksəkliyi olan bu aşırım Böyük Qafqazın cənub ətəklərindəki Ləngəbiz sıra dağlarının orta hissəsində yerləşir.


14 Dec / 04:57 AM CARİ VAXT

  • Azərbaycan
  • Ağsu
  • 79232 nəfər
  • 1020.00 km2
  • Azerbaijani
  • Manat
Azərbaycan | Ağsu | View on map

Aydın havada buradan ətrafa tamaşa edəndə Şirvan vadisinə gözəl bir mənzərə açılır. Bu yerlərin ucu-bucağı görünməyən əzəmətli mənzərəsi yolçuları heyran edir. Aşırım dumana bürünəndə isə buradan maşınla gedən adamların hər biri sanki buludların arası ilə hərəkət etdiyini güman edir.

Rayonun inzibati mərkəzi olan Ağsu şəhəri Şamaxıdan 37 km cənub-qərbdə, Ağsu çayının sahilində yerləşir. İqlimi düzənlik hissədə mülayim-isti və quru subtropikdir.Dağlıq ərazilərdə yay bir qədər sərin, qış isə nisbətən soyuq və quraq keçir.

Dağlıq sahə meşə və kolluqlardır. Qarabağın rəmzlərindən sayılan məşhur xarı bülbül çiçəyinə Ağsu rayonunun dağlıq ərazilərində də (xüsusən Bico dağlarında) daima rast gəlinmişdir.

Şahdağ Milli Parkının bir hissəsi (keçmiş Pirqulu Dövlət Təbiət qoruğu) Ağsu rayonu ərazisinə düşür.Dilman şəlaləsi (Dilman kəndi) və Ağsu aşırımı çox gözəl geoloji-landşaft xarakterli təbiət abidələrindəndir.

Ağsunun Bico, Pirhəsənli, Qəşəd kəndlərində toxunan xalçalar, xüsusən də Şirvan xalçaçılıq məktəbinin ən məşhur kompozisiyalarından olan Bico xalçaları çox məşhurdur. 

Ağsu rayonu Azərbaycan mədəniyyət tarixinin nadir incilərindən sayılan, Şirvan xalçaçılıq məktəbinin ən məşhur kompozisiyası kimi tanınan Bico xalçalarının vətənidir. Bico xalçaları öz milli koloriti və mürəkkəb ornament kompozisiyası ilə diqqəti cəlb edirdi. Əsasən iki varinatda toxunmuş Bico xalçalarının ən məşhur olan birinci variantında orta sahənin kompozisiyası punktir xətlərlə doldurulmuş ornamentlərdən ibarətdir.