Balakən SƏYAHƏT YERİ

Minilliklərin etiqadlarını özündə yaşadan, müxtəlif xalqların və dinlərin qovuşduğu, zəngin adət – ənənələrin, heyrətamiz təbiətin mövud olduğu bu region koloritliyi ilə fərqlənmişdir.


18 Apr / 09:31 PM CARİ VAXT

  • Azərbaycan
  • Balakən
  • 98 nəfər
  • 923.00 km2
  • Azerbaijani
  • Manat
Azərbaycan | Balakən | View on map

Bakı ilə  Balakən arası məsafə 471 km-dir. Yevlax – Şəki – Tiflis şosse yolu Balakən ərazisindən keçir. Rayon ərazisi Böyük Qafqazın cənub yamaclarında dəniz səviyyəsindən 300 metr yüksəklikdə yerləşir. Dağlıq zona rayon ərazisinin təxminən yarısını əhatə edir.

Balakən rayonu Azərbaycanın rəngarəng təbiətə, böyük rekreasiya-turizm resurslarına malikdir. Rayoda xeyli sayda gəzməli yerlər mövcuddur. Katexçay şəlaləsi, İmambulaq, Arılıq, Qaraçay-Razvedka, Mazımqara, Mirovoy Voda,  Bağman Bulağı və s. belə yerlərdəndir.

Rayon ərazisi 48 min ha meşə sahəsinə malikdir. Balakənin zəngin meşə örtüyü ölkənin meşə ehtiyatlarının 5 %-ni təşkil edir. Qanıx Dünyada Şuşadan başqa heç yerdə bitməyən Xarı Bülbül adlı məşhur gül Balakən rayonunda bitir.

Rayonun faunası da zəngindir. Dağ və düzənlik meşələrində qonur ayı, dağ keçisi, canavar, çaqqal, tülkü, qaban, dovşan, cüyür və s. heyvanlar yaşayır.

Böyüklüyünə görə Azərbaycanda ikinci qoruğu- Zaqatala qoruğunun 3/4-ü Balakən rayonunun ərazisinə düşür.

Regionun dağətəyi və düzənlik sahələrində mülayim isti və yarım rütubətli subtropik iqlim müşahidə olunur. Yüksək dağlıq yerlərdə iqlim soyuq və rütubətlidir. Ərazisinin 65% subtropik olan Balakən iqlim potensialına və subtropikliyinə görə Talış zonasından sonra II yeri tutur.