Göygöl SƏYAHƏT YERİ

Təbii gözəlliklərə malik Göygöl rayonu turizmin inkişafı baxımından ölkənin ən böyük potensiala malik bölgələrindən biridir. Hacıkənd və Göygöl meşələri zonanın əsas istirahət mərkəzlərindəndir.


19 Apr / 02:44 PM CARİ VAXT

  • Azərbaycan
  • Göygöl
  • 62 nəfər
  • 1183.00 km2
  • Azerbaijani
  • Manat
Azərbaycan | Göygöl | View on map

Heyrətamiz təbii gözəlliyə malik Göygöl rayonuna müxtəlif istiqamətlər üzrə turlar təşkil olunur. Göygölün mərkəzindən 40 km məsafədə Göy-göl qoruğu yerləşir.

Bakı ilə məsafəsi 364 km-dir. Göygöl Gəncə şəhərindən 10 km cənubda, Kiçik Qafqazın Murovdağ silsiləsinin ətəklərində yerləşir. Kür çayı hövzəsində olaraq, Gəncəçay çayı Göygöldən keçir. 

Rayonun ən yüksək zirvəsi Murovdağ silsiləsində 3 min 724 metr hündürlüyə malik Gamışdağdır. Rayon ərazisində 15 min 802 hektar meşə sahəsi və Kəpəz dağı olmaqla Göygöl, Maralgöl, Qaragöl, Ördəkgöl, Zəligöl, Ağgöl, Aynagöl, Şamlıqgöl, eləcə də digər xırda göllər var.

Göygöl rayonu Azərbaycan Respublikasının qərbində dağlıq və dağətəyi zonada yerləşir, ən yüksək nöqtəsi dəniz səviyyəsindən 3724 metr hündürlükdədir.  Göygöl nəmli subtropik iqlimə malikdir. Qışı əsasən mülayim keçir və qar örtüyü o qədər də davamlı deyil.

Rayonda mövcud olan mənzərələr, meşə örtüyü, tarixi və mədəniyyət abidələri turizmin inkişaf etdirilməsinə real imkan yaradır.
Hal-hazırda rayonda bir çox turizm obyekti fəaliyyət göstərir ki, bunların da sayı hər il artmaqda davam edir. İl ərzində orta hesabla 3 min nəfərə yaxın turist istirahət etmək üçün rayona gəlir. Bunlardan hamısı ölkə vətəndaşlarıdır. Bundan başqa yay mövsümündə Respublikanın hər yerindən rayona turistlər gələrək fərdi yaşayış evləri kirayələyir və burada istirahət edirlər. Rayonda turist infrastrukturu kompleks şəkildə deyil, pərakəndə şəkildə fəaliyyət göstərir və inkişaf edir.

Rayon ərazisində əsasən 5 istiqamətdə turizmi inkişaf etdirmək nəzərdə tutulmuşdur:

  1. Göygöl – Aşıqlı – Hacıkənd – Göy-Göl;
  2. Göygöl – Topalhəsənli – Zurnabad – Şəhriyar;
  3. Göygöl – Köşkü – Üçbulaq;
  4. Göygöl – Quşqara – Balçılı;
  5. Göygöl şəhəri.

Bu istiqamətlərdə əsasən kənd və ekoloji turizmi inkişaf etdirmək mümkündür.

Göygöl rayonu füsunkar təbiəti ilə yanaşı, tarix və mədəniyyət abidələri ilə də zəngindir. Rayon ərazisində XII, XIV, XVI və XIX əsrlərə aid 31 yerli əhəmiyyətli tarixi və memarlıq incəsənət abidələri mövcuddur, bunlardan 8-i kurqan, nekropol və açıq düşərgə, digərləri isə bina və körpülərdir. Xanlar şəhərində 1854-cü ildə tikilmiş "Lüteran" adlanan alman kilsəsi, XVI əsrə aid iki gözlü körpü, 1896-cı ildə tikilmiş üç gözlü körpü, XII əsrə aid Ağ körpü, XIX əsrdə almanlar tərəfindən tikilmiş 9 memarlıq incəsənət abidələri Balçılı və Üçbulaq kəndlərinin ərazisində taixi məlum olmayan "Qız-qalası", Köşkü kəndində dəmir dövrünə aid kurqan, Balçılı və Quşqara kəndlərinin ərazisində Tunc dövrünün axırı, Dəmir dövrünün əvvəlinə aid qəbrlər vardır.