Qobustan SƏYAHƏT YERİ

Qobustan ərazisi tarixi-coğrafi məkan olmaqla qədim Şirvanın tarixi ərazisi hesab edilir. Bakıdan 101 km Şamaxının şərqində yerləşən Qobustan - Azərbaycan ərazisində arxeoloji abidələr kompleksinin mühafizə edildiyi qoruqdur.


14 Dec / 04:43 AM CARİ VAXT

  • Azərbaycan
  • Qobustan
  • 47 nəfər
  • 1.37 km2
  • Azerbaijani
  • Manat
Azərbaycan | Qobustan | View on map

Qobustan ərazisi tarixi-coğrafi məkan olmaqla qədim Şirvanın tarixi ərazisi hesab edilir. Bakıdan 101 km Şamaxının şərqində yerləşən Qobustan - Azərbaycan ərazisində arxeoloji abidələr kompleksinin mühafizə edildiyi qoruqdur. Qobustan eramızdan əvvəllərə aid qayaüstü təsvirləri və musiqili daşları (qavaldaşı) ilə Azərbaycan xalqının keçmişini ilə tanış edir. 

YUNESKO-nun Dünya Mədəni İrsi siyahısına salınmış Qobustan qoruğunda qədim insanların həyat və məişəti qayaüstü təsvirlərdə canlanır. Qobustan qoruğu Bakıdan saat yarımlıq məsafədə yerləşir və Böyükdaş, Kiçikdaş və Cingirdaş dağlarını əhatə edir. 

Qobustanda 6 000-dən çox petroqlif mövcuddur. Onlardan ən qədimi 40 000 il əvvələ aiddir. Burada Paleolit dövründən orta əsrlərə qədər insanların məskunlaşdığı mağaralar, yaşayış yerləri və qəbiristanlıq qalıqlarına rast gəlmək olar. Bundan əlavə, yaxınlıqda dünyanın nadir təbii möcüzələrindən hesab olunan məşhur palçıq vulkanlarını da görmək mümkündür.

Yallı səhnələri Qobustan qoruğunun ən maraqlı rəsmlərindəndir. Qədim rəsmlərdən başqa Qobustanda, Böyükdaş dağının ətəyində latınca yazılmış sözlər aşkar edilmişdir. Bu yazı bizim eradan əvvəl I əsrə aiddir və Bakının yaxınlığında Roma qoşunlarının olmasından bəhs edir.

Qobustanda ən maraqlı yerlərdən biri şəhərin yaxınlığındakı dərədə yerləşən mağara labirintləridir. (kürələr). Burada çox orijinal bir təbii hadisəni müşahidə etmək mümkündür. 

Mağaralar orta əsrlərdə Azərbaycanda tayfa müharibələri və yadelli işğalçıların basqınları baş verərkən süni yolla genişləndirilmiş və yaşayış üçün uyğunlaşdırılmış təbii qalereyalar sistemidir. 

Bu ərazilərdə həmçinin lap qədimdən xalçaçılıqla məşğul olunmuşdur. Yerli "Mərəzə", "Çuxanlı", "Çemcemli" xalçalarının naxışları bütün dünyada məşhurdur. "Nabur" xalçalarını isə eyni adlı kənddə hələ də əl ilə toxuyurlar.