Sumqayıt SƏYAHƏT YERİ

Sumqayıt qumlu sahilləri ilə Azərbaycan coğrafiyasını təzadlarlılığını və iqlim qurşaqlarının müxtəlifliyini mükəmməl şəkildə nümayiş etdirir.


14 Dec / 05:46 AM CARİ VAXT

  • Azərbaycan
  • Sumqayıt
  • 358675 nəfər
  • 143.00 km2
  • Azerbaijani
  • Manat
Azərbaycan | Sumqayıt | View on map

Ölkənin sanaye mərkəzi Sumqayıt  Xəzər dənizinin şimal-qərb sahilində düzənlik ərazidə yerləşir. İnzibati rayon ərazisi Abşeron yarımadası ərazisinin 9495 hektarını təşkil edir. Günəşli, quru suptropik və yarımsəhradır iqlimə malikdir. Şəhər ərazisindən Sumqayıt çayı keçir. Yarımsəhra iqliminə görə çay dənizə çata bilmir. Havanın ən aşağı tempuraturu −13 °C yanvar, ən isti tempraturu isə +40 °C avqust təşkil edir. Havanın illik orta tempraturu +14 °C təşkil edir. Yay fəsli torpaq örtüyünün tempraturu +60 °C qədər catır. Şəhərin cənubundan Samur-Abşeron kanalı axır. Kanal Ceyranbatan su anbarına tökülür. 

Bu gün Sumqayıt Azərbaycanın müаsir sənaye mərkəzidir. Şəhərin iqtisadi strukturunа kimya və neft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma, еlеktrоеnеrgеtikа, yeyinti və yüngül sənaye, tikinti mаtеriаllаrı istehsalı müəssisələri daxildir. Şəhərdə mövcud olan аğır sənaye müəssisələrinin əksəriyyəti müasir tехnоlоgiyа əsаsındа yеnidən qurulmuşdur.