Xaçmaz SƏYAHƏT YERİ

Xaçmaz rayonu Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti və gözəl təbiəti ilə seçilən bölgəsidir və turizm mərkəzlərindən biri hesab olunur.


14 Dec / 05:07 AM CARİ VAXT

  • Azərbaycan
  • Xaçmaz
  • 41 nəfər
  • 1045.00 km2
  • Azerbaijani
  • Manat
Azərbaycan | Xaçmaz | View on map

Xaçmaz rayonu şimaldan Rusiya Federasiyası, şərqdən Xəzər dənizi ilə həmsərhəddir. Rayonun “Yalama-Nabran” dənizkənarı zonası böyük turizm zonası kimi məşhurdur. Nabran - çimərlik turizminin mərkəzi Bakıdan 229 kilometr və Xaçmaz rayonunun inzibati mərkəzindən 43 kilometr məsafədə, Xəzərin sahilində yerləşir. Nabran qəsəbəsi bəlkə də Azərbaycanın ən məşhur kurort zonasıdır. 

Xudat – qala-şəhər Xaçmaz rayonunda yerləşən qədim Xudat şəhəri XVIII əsrin əvvəllərində Quba xanlığının paytaxtı və möhkəm istehkam olub. 1735-ci ildə Fətəli xanın iqamətgahını Qubaya köçürməsi ilə əlaqədar şəhər öz əhəmiyyətini itirib. Xudata səfər edərkən buradakı müalicəvi isti mineral suları olan termal hamamlara mütləq baş çəkin.

Mənbəyini buradakı Şollar kəndindən götürən məşhur Şollar su xətti 1917-ci ildə istifadəyə verilib və Azərbaycan paytaxtının içməli su təminatında hələ də mühüm rol oynayır.

Xaçmazın tarixi və təbiəti ilə Tarix-Diyarşünaslıq Muzeyində daha yaxından tanış ola bilərsiniz. Eksponatlar həm Xaçmaz rayonu, həm də bütövlükdə ölkənin qədim tarixini və mədəni irsini əks etdirir. 

Rayonun ərazisində arxeoloji ekspedisiyalar zamanı təxminən 4 min il yaşı olan, qədim türklərə aid 28 kurqan aşkar edilib.

Heydər Əliyev Seyrəngahı Xaçmazın xüsusi qüruru hətta paytaxtda rast gələ bilməyəcəyiniz parklardır. Nəqliyyatın intensiv hərəkəti nəzərə alınaraq, insanların sərbəst və təhlükəsiz hərəkətini təmin etmək üçün prospektdə xüsusi mozaika ilə bəzədilən, uzunluğu 24 metr olan iki piyada keçidi tikilib.

Parkdakı fəvvarələrdən biri 12 metr hündürlüyə malik samovar şəklindədir. Azərbaycan mədəniyyətində görkəmli yer tutan ətirli içkinin rəmzləşdirilməsi təsadüfi deyil. Belə ki, məhz Xaçmazda, Canaxır kəndindəki kurqanda 1982-ci ildə e.ə. III-II əsrə aid qədim samovar aşkar edilib. Onunla birlikdə ənənəvi neft lampası da tapılıb. 

Adını “Koroğlu” dastanından götürən Çənlibel parkı da Xaçmazın görməli yerlərindən biridir. Parkın mərkəzi fiquru Qıratın belində oturmuş əli qılınclı Koroğlunun abidəsidir.  Rayon ərazisində 60-dan çox tarixi və mədəni abidə qoruma altındadır.