Xızı SƏYAHƏT YERİ

Quba-Xaçmaz turizm zonasında yerləşən və əsas hissəsi meşə ilə əhatəli olan rayonun şərq tərəfi Xəzər sahilidir. Azərbaycanın dağ rayonları içərisində paytaxta ən yaxın olanı Xızıdır. İqlimi mülayim, havası qurudur.


14 Dec / 04:03 AM CARİ VAXT

  • Azərbaycan
  • Xızı
  • 1600 nəfər
  • 1850.00 km2
  • Azerbaijani
  • Manat
Azərbaycan | Xızı | View on map

Xızının əsas hissəsi meşə ilə əhatəlidir, rayonun şərq tərəfi Xəzər sahilində yerləşir. Geoloji süxurların müxtəlif laylarının təpələrdə üzə çıxması rəngarəng landşaft yaradır. Rayon ərazisində Altıağac Milli Parkı fəaliyyət göstərir. Rayon eko və etno turizmin inkişafı etmişdir.

Ərazisinin xeyli hissəsi meşə ilə örtülmüşdür. Xızı rayonun ərazisində təbiətin yaratdığı ən– ecazkar formalı təbiət abidələrindən Beşbarmaq qayası yerləşir. Qədim karvan yolu üzərində qorxunc bir tərzdə uzadılmış daş əli xatırladan qayanın qeyri-adi cizgilər yolçuları uzaqdan valeh edir. Bu dağın "Beşbarmaq" adlanması da bununla bağlıdır. 

Rayon ərazisinin ən mənzərəli yollarından biri Bakı - Quba yolunun 40-cı kilometrindən Altıağaca doğru gedir. Bu yolla gedərkən qırmızı, narıncı, tünd qəhvəyi və çəhrayı rənglərə boyanmış çox da hündür olmayan, amma gözəlliyi ilə göz oxşayan çox sayda dağlara rast gəlinir. Məhz bu dağlar Azərbaycanda çox məşhur olan Xızı dağlarıdır. Bu məftunedici rənglərin yaranmasının səbəbi qrunt sularının təsiri ilə qayaların tərkibindəki dəmirin oksidləşməsidir.  

Bakıda turizm şirkətləri tərəfindən payız və yaz aylarında təşkil edilən haykinq turlara qoşulub bu yerləri gəzməyə çıxın. Ayaqlarınızın altına diqqətlə nəzər salın: burada  tabaşir dövrünə aid kiçik qalıqlara və bəlkə də, molyusklara bənzər belemnitlərə rast gələcəksiniz. Bu dağları həm də "şəkər dağları" da adlandırırlar. Eyni tipli dağlara Peru və Çində də rast gəlmək olar. 
   
 Rayonun Altıağac qəsəbəsinin ərazisi turizm potensialı ilə seçilir. Xüsusilə həftəsonu istirahət üçün ideal yerdir. Burada ekoloji turizmin inkişafı üçün də imkanlar var. Yay aylarında astma xəstəliyindən əziyyət çəkən çox sayda insan buraya, sadəcə, təmiz hava almaq üçün gəlir.Bura təbiətdən zövq almaq, dincəlmək üçün gözəl yerdir.  Piyada turizm həvəskarları buradan Şamaxıya və Mərəzəyə turist səfərləri də edə bilərlər. 
   
Rayon mərkəzindən 4 km aralıda yerləşən Xələnc kəndində XV əsrə aid edilən ziyarətgah var. Qədim qəbiristanlıq ərazisindəki bu ziyarətgaha “Ağ pir” deyirlər. Yaxınlıqda XIX əsrə aid “Ağ dəyirman” Xızının yerli əhəmiyyətli tarixi abidələri siyahısındadır. Ağdərə kəndində Xəlifə Süleyman piri yerləşir. Altıağac qəsəbəsində XVII-XVIII əsrə aid kilsə zəngi, Xələnc kəndində Ətəh çayının sahilində XIX əsrə aid dəyirman turistlər üçün maraqlı məkanlardır.


Xızı Qonaqlama

Hər bir istiqamətə uyğunlaşdırılmış otellər, kurortlar və yaşayış yerlərinin diqqətlə seçilmiş kolleksiyamıza nəzər salın. Lüks, istirahət və ya büdcəyə uyğun seçim axtarırsınızsa, bizim yerləşdirmə bölməmiz hər bir səyahətçinin ehtiyaclarına uyğun müxtəlif seçimlər təklif edir. Cazibədar butik otellərdən geniş kurortlara qədər mükəmməl evinizi evdən uzaqda tapın və hər bir təyinat yerində qalmağınızdan maksimum yararlanın.

XINALI HOTEL XIZI

XINALI HOTEL XIZI

Otel