Yardımlı SƏYAHƏT YERİ

Yardımlı rayonu Azərbaycanın cənub-sərq hissəsində, dağlıq ərazidə yerləşir. Bölgənin flora və faunası özünəməxsus şəkildə unikal və rəngarəngdir. Yardımlı rayonun torpaqları çoxlu sayda kiçik çayların və bulaqların axdığı sıx yaşıl meşələrlə örtülüdür.


14 Dec / 04:01 AM CARİ VAXT

  • Azərbaycan
  • Yardımlı
  • 7623 nəfər
  • 667.00 km2
  • Azerbaijani
  • Manat
Azərbaycan | Yardımlı | View on map

Yardımlıya getmək üçün Masallı-İstisu ərazisindən keçmək lazımdır. Bura aparan yol Deman düzündən keçir. Möhtəşəm yüksək dağ və meşə mənzərəsinə sahib olan tarixi Deman düzü dəniz səviyyəsindən 1600-1800 metr hündürlükdə yerləşir. 

Bu yerlərin gözəl təbiəti, çayları, bulaqları və çoxsaylı tarixi abidələri Yardımlıya xüsusi bir gözəllik bəxş edir. Rayonun zəngin faunası var. Yardımlı ərazisi buzlaşmaya məruz qalmadığı üçün üçüncü dövrün relikt və endemik ağac cinsləri-azat(nil ağacı), dəmirağac, şabalıdyarpaqlı palıd və birgöz, zərgin kolları ilə zəngindir. 

 Təbii ki, bu Turistlərin ən çox ziyarət etdikləri yerlərdən biri də “Təkdam şəlaləsidir”. Təkdam şəlaləsi Masallı-Yardımlı yolunun 25-ci km-də yerləşir. Yardımlının vizit kartı sayılan, 34 metr hündürlükdən tökülən şəlalə iki mərtəbəlidir. Ən üstünə qədər çıxmaq üçün hündür pilləkənlər qoyulub. Təxminən 1500 metr yüksəklikdəki bu nöqtədən ətrafa möhtəşəm panoram açılır. Sovet hakimiyyəti zamanında bu dağlıq – meşəlik ərazidəki tək gözətçi daxması şəlalənin yanında salındığı üçün buranı “tək dam” deyə çağırıblar.

Perimbel kəndi tursitlərin üstünlük verdiyi təbiət ərazilərindındir. Bu kənd özünün - dağların yamaclarında meşənin içində yerləşdiyinə görə insanları cəlb edir. Eləcə də yaxınlıqdan axan qədim Gez Naranın bulağı da populyar turistik yerlərdəndir.

Peştəsər dağındakı şəlalə və turşsu bulağı, ikincisi Qacarla sərhədə yaxın, Abdallı kəndi yüksəkliyindəki bulaqlar təbiətdən keyif almaq istəyənlər üçün ideal yerlərdir.. Kəskin temperatur fərqiylə seçilən bu iki məkan sadəcə rayon sakinlərinin bildiyi və isti yay aylarında üz tutduğu istirahət yerləridir.

Yardımlı rayon İran İslam Respublikası və Azərbaycan Respublikasının Lerik, Masallı və Cəlilabad rayonları ilə həmsərhəddir. Cənubdan Lerik rayonu ilə sərhədinin uzunluğu 40 km, Şərqdən Masallı rayonu ilə 11 km, Şimal-şərqdən Cəlilabad rayonu ilə isə 20 km-dir. Şimal və Qərbdən qonşu İran İslam Respublikası ilə dövlət sərhədinin uzunluğu 96 km-dir.

Rayonun ən böyük və ən uzun çayı Viləş çayıdır. O, Xəzər dənizinə tökülür. Onun uzunluğu 111 km-dir. Viləş çayının qolları-Allar, Peştəsər, Solqard və Vəlişli çaylarıdır. Rayon ərazisi Talış sıra dağları , Buravar sıra dağları ilə əhatələnir.


Yardımlı Qonaqlama

Hər bir istiqamətə uyğunlaşdırılmış otellər, kurortlar və yaşayış yerlərinin diqqətlə seçilmiş kolleksiyamıza nəzər salın. Lüks, istirahət və ya büdcəyə uyğun seçim axtarırsınızsa, bizim yerləşdirmə bölməmiz hər bir səyahətçinin ehtiyaclarına uyğun müxtəlif seçimlər təklif edir. Cazibədar butik otellərdən geniş kurortlara qədər mükəmməl evinizi evdən uzaqda tapın və hər bir təyinat yerində qalmağınızdan maksimum yararlanın.

Yardımlı Olimpiya oteli

Yardımlı Olimpiya oteli

Otel