Zəngilan SƏYAHƏT YERİ

Zəngilan təbii gözəllikləri, əlverişli coğrafi mövqeyi, bölgədə yerləşən dağ silsilələri, özünəməxsus gözəllikləri, sıldırımlı qayaları, laləli düzləri, göz oxşayan meşələri ilə fərqlənir. Ərazisi çay dərələri ilə parçalanaraq meydana gələn dərin dərələrlə zəngindir.


02 Dec / 09:09 PM CARİ VAXT

  • Azərbaycan
  • Zəngilan
  • 42235 nəfər
  • 730.00 km2
  • Azerbaijani
  • Manat
Azərbaycan | Zəngilan | View on map

İşğala qədər Zəngilan termal bulaqları, təmiz havası, geniş yaylaqları sayəsində yay aylarında insanların sevimli istirahət yerinə çevrilmişdi. Azərbaycan Respublikasının cənub-qərbində Ermənistan və İranla sərhəddə strateji cəhətdən böyük əhəmiyyət kəsb edən bir mövqedə yerləşir.

Şimal-qərbdən əraziyə daxil olan Bərgüşad silsiləsi alçalaraq Bazarçayla Oxçuçay arasında Ağ Oyuq maili düzünü əmələ gətirir. Şimal-şərqdə Qarabağ silsiləsinin Araz və Həkəri çaylarına tərəf alçalan yamacları təpəli Gəyən (Geyan) çölünə keçir. Ərazisində əsasən mülayim isti iqlim hakimdir.  Araz, Oxçuçay, Həkəri və Bəsitçay rayonun ərazisindən axan çaylarıdır. Tikinti daşı, əhəng xammalı, qızıl, qara mərmər və s. kimi faydalı qazıntılarla zəngindir.

Zəngilan qızıl ehtiyatlarına görə Kəlbəcərdən sonra ölkəmizdə ikinci yerdədir. Rayonun təbii sərvətləri 30 ilə yaxın talayıb. Qızıldan yataqları eləcə də dekorativ daş ehtiyatları mənimsənilib. Kəlbəcərin ““Söyüdlü” və Zəngilanın “Vejnəli” yataqlarından istila olunan qızıl xarici birjalarında satışa çıxarılıb.

Zəngilanın çinar meşəsi çox nadir yaşıllıq füsunkarlıq mənbəyidir və Zəngilan bölgəsi üçün xüsusi, əvəzolunmaz gözəllik verirdi. Zəngilan çinarları dünyada bitən 8 çinar növündən biridir. Azərbaycanda yayılan çinar növünün əsasını Zəngilan çinarları təşkil edir və Şərq çinarı adlanır.  Azərbaycan Xalq Cümhuriyyəti zamanında sahəsi 120 hektara yaxın olan Zəngilanda Çinar meşəsi bütünlüklə Azərbaycana məxsus olmuşdur.

İllərdir işğalçı ölkə Zəngilan rayonu ərazisində “ekoloji terror” həyata keçirib. Zəngilan meşələrindən kəsilən ağaclar ermənilər tərəfindən bəzi xarici vasitəsilə qonşu ölkələrə daşınıb. Xüsusilə, Beşitçay Milli Parkındakı çinar ağacları erməni işğalçıları tərəfindən kəsilərək inşaat materialları istehsal edən xarici şirkətlərə satılıb.

Zəngilan turizm potensialı yüksək olan rayondur. Rayonda 107 hektar sahəsi olan Beşitçay Dövlət Qoruğu, 2,2 min hektar sahəsi olan Arazboyu yasaqlığı, 4 təbiət abidəsi, 10 min hektar xüsusi mühafizə olunan Araz palıd meşəsi, 12.864 hektar dövlət meşə fondu, 1200-dək təbii bulaqlar, 4 mənbədən ibarət Yesentuki-4 suyuna tərkibcə uyğun gələn mineral bulaqlar, Turşsu mineral bulaqları mövcuddur. 1974-cü ildə qurulan Beşitçay Milli Parkında nadir ağaclar mövcuddur ki, bəzilərinin yaşı 1200-1500 ili keçir. Bütün bunlar bögənin turizm potensialının bir göstəricisidir.

1993-cü ildə işğal edilən Zəngilan Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində düşməndən azad olunub. Lakin, 27 illik işğal nəticəsində Zəngilanın sərvətləri düşmən tərəfindən tar-mar edilib, infrastruktur sıradan çıxarılıb.

Yaxın zamandan bölgə canlanacaq, termal sularla zəngin olduğu üçün burada müalicəvi sanatoriya tipli turizm obyektləri inşa ediləcək, o cümlədən, müxtəlif tarixi abidələrin, xristianlığa və islama aid müxtəlif ziyarətgahların yerləşdiyi ərazilərdə dini-ziyarət turizm növləri, dağlıq ərazilərdə dağ-idman turizmi təşkil olunacaq.