Mehmanxana Məsləhət Xidmətləri

Mehmanxana Məsləhət Xidmətləri

Otelinizin rəqabət qabiliyyətini və yüksək gəlirlilik səviyyəsini təkmilləşdirəcək məsləhət  şirkəti axtarırsınız?


Yeni otel ideyasının yaradılması və istifadəyə verilməsi, gözləntilərə cavab verməyən mülkiyyət obyektinin nəticələrinin dəyişdirilməsi, əmlakın satışa çıxarılmadan öncə dəqiq nəticələrin əldə edilməsi üçün ilkin və planlı hazırlıqların tələb olunmasından asılı olmayaraq istəklərinizi həyata keçirin.


Otel menecerləri, tur operatorlar, inzibatçılar, sahibkarlar, investorlar, fond menecerləri, banklar, dizaynerlər,ehtiyat üzrə menecerlər daxil olmaqla müxtəlif müştərilər üçün fərdi şəkildə tərtib edilmiş tövsiyyələr, qonaqpərvərlik xidmətləri və həllərimizi təqdim edirik. Müstəqil, qeyri-şəbəkə mehmanxanaları və yeni fəaliyyət göstərən otel qrupları üçün yüksək nəticələr göstəririk.

 

Biz kimik?

Durğunluqdan çıxmağa və müəyyən edilmiş qaydalara meydan oxumağa çalışırıq. Yaradıcı strategiyalarımız və ən yaxşı təcrübələrimizi tətbiq etməklə biz, yerləşmə müəssisələrini fərqləndirib mövqeyini dəyişərək rəqibləri üstələmək və yerli bazarda aparıcı lider statusunu saxlamağa dəstək olur və kömək edirik.

Müstəqil otellərin və yeni yanaşmaya malik yerləşdirmə müəssisələrinin zəncir şəbəkəsinə daxil olan franşizalı və ya müqavilə əsaslı idarəetmə otellərinə nisbətən strateji üstünlüyə malik olduğuna inanırıq. Onlayn optimallaşdırma və qonaq sorğu və rəyləri əsasında formalaşan elektron ticarət platforması ilə müxtəlif xüsusiyyətlərə və fərdi müştəri məmnuniyyətinə malik mehmanxana və ya yerləşmə müəssisəsi dünya miqyaslı şəbəkəyə və təcrübəyə malik ola bilər. 

İllərlə formalaşan təcrübəli komandamızla konsaltinq və əmlakın idarə olunması üzrə imkansiz qəbul edilən fikirləri mümkün edir və yerləşmə müəssisəsinin fərdi tələblərinə uyğun olaraq idarəetmə xidmətləri təklif edirik. 
 


Nə təklif edirik?

  • Geniş Sənaye Təcrübəsi
  • Otel strategiyalarında peşəkar təcrübə
  • Sistemlər haqqında geniş məlumat
  • Gəlirə yönəlmiş Texnikalarda Ən Yaxşı Təcrübələr
  • Müstəsna Elmi Yanaşma
  • Məlumat əsaslı qərar qəbuletmə
  • Sübut olunmuş metodologiya
  • Məqsədyönümlü mütəxəssislər
  • Nəticələrin dəqiq peşakarlıqla izlənilməsi

 

Biz ixtisaslaşmışıq

  • Əməliyyatların idarə edilməsi
  • Satış və marketing
  • Gəlirlərin İdarəolunması və Gəlirin artırılması Strategiyaları
  • Açılışdan əvvəl planlaşdırma
  • İstedadlı kadrlarin inkişafı və təlimi

 

Bizim missiyamız

Müştərilərimizə qonaqpərvərlik, turizm və asudə vaxtın səmərəli keçirilməsi bölümündəki xüsusi ehtiyaclar üçün həll yolları təqdim edirik - əməli təcrübəyə əsaslanan yaradıcı bir yanaşma və yüksək təcrübə ilə iş problemlərini həll edirik.

  • Sağlam bir bazar seqmenti qəbul edirik
  • Büdcə hazırlamağa kömək edir və bazar seqmentlərinə uyğun proqnozlaşdırma modelini hazırlayırıq
  • Tələbi stimullaşdıraraq gəliri artırır və təyinat üçün mövcud uyğun tələbdən istifadə edirik
  • Tələbi genişləndirmək üçün potensial paylama kanallarında işi irəli sürürük
  • Veb və telefon vasitəsi ilə birbaşa satış və paylanma kanallarını optimallaşdırırıq
  • Qiymət idarəetməsini və strategiyasını qururuq
  • Açıq qapı, xüsusi razılaşdırılmış strateji qiymət səviyyələrini təyin edirik
  • Gündəlik, həftəlik və aylıq olaraq bütün Gəlir idarəetmə tapşırıqlarını həll edirik



Otellər üçün Gəlirlərin İdarəolunması

Gəlirlər və mənfəətin yüksəldilməsi üzrə mütəxəssislər otel idarəetmə quruluşunun tərkibinə daxil edilərək gəlir idarəetməsi və iş inkişafının məsuliyyət və vəzifələrini öz üzərinə götürərək komandanın bir hissəsi kimi fəaliyyət göstərəcəklər.

İcraçı rəhbərliklə yanaşı, turizm və səyahət sənayesində ən son yeniliklər və meyllərə əsaslanaraq ən yaxşı təcrübələri və sübut olunmuş texnikaları tətbiq edirik.

Rəqabətinizi üstələməyinizə və yerli bazarda lider olmağınıza kömək edəcək  gəlirlər planı tərtib etməyə dəstək oluruq. 

“Yataq və Səhər yeməyi” təklifini dönüş yaradacaq layihə kimi götürməklə Gəlirlərin İdarəolunması missiyasını icra etməyi öz üzərimizə götürürük. 

 

Rəqibləriniz arasında bazar lideri olmaq və qazancınızı artırmaq istəyirsiniz?

  • Doğru müştəri cəlb etmək
  • Rəqiblərdən fərqlənmək
  • Etibarlı / vicdanlı davranmaq

Məhsul və xidmətlər praktik, emosional, özünü ifadə edən imtiyazlar, irs, şəxsiyyət və duyğusal xüsusiyyətlərə eləcə də mənbələrə əsaslanmaqla mövqeyin müəyyən edilməsinə təkan verə bilər.


Zəhmət olmasa, sorğunuzu icra edənə qədər səbrli olun.