MICE

MICE

Azərbaycanda keçirilən ən maraqlı konsertlər və idman tədbirlərində iştirak edin və ölkəmizdə keçirəcəyiniz işgüzar görüşlərinizin ən yüksək səviyyədə təşkilini bizə həvalə edin.


Bu gün Azərbaycan əlverişli biznes imkanlarına malik dinamik inkişaf edən еləcə də bir çox vacib beynəlxalq layihələrin həyata keçirildiyi ölkədir. Ölkəmiz beynəlxalq təşkilatlar tərəfindən təşkil olunan böyük beynəlxalq tədbirlərin keçirildiyi məkanına çevrilmişdir.  İşgüzar səyahətlər Azərbaycana daxil olan ümumi turizmin bir hissəsini təşkil edir. Ölkəmizdə  işgüzar turizm üçün müasir infrastruktur mövcuddur. Bakı Ekspo Mərkəzi və Heydər Əliyev Konfrans Zalı müxtəlif işgüzar və korporativ tədbirlərin keçirilməsi üçün çox məqsədli yerlərdir. Lüks otellərdə  konfrans və tədbir təşkil etmək də mümkündür.

Şirkətimiz Azərbaycan ərazisində işgüzar fəaliyyət sahəsində bütün xidmətləri təklif edir. Buraya işgüzar kofranslar, forumlar, seminarlar, dövrü yığıncaqlar və başqa MICE tədbirlər daxildir.

Azərbaycanda keçirilən ən maraqlı konsertlər və idman tədbirlərində iştirak edin və ölkəmizdə keçirəcəyiniz işgüzar görüşlərinizin ən yüksək səviyyədə təşkilini bizə həvalə edin!  Frisaga istənilən format və miqyasda MİCE layihələrini həyata keçirəcəkdir.

Biz nə təklif edirik?

  • Tədbirlərin təşkili və idarə olunması
  • İşgüzar yeməklər və biznes görüşləri
  • Mədəni və idman tədbirləri üçün biletlər
  • “Wedding plan” sifarişi

Xidmətlərə daxildir:

  • tədbirin məqsədinə və büdcəsinə uyğun məkanın seçimi;
  • bir və ya bir neçə oteldə nömrələrin rezerv edilməsi;
  • tədbir iştirakçılarına dəvətnamələrin göndərilməsinin təşkili;
  • bələdçilərin, tərcüməçilərin və və s.seçimi;
  • xarici iştirakçılar üçün xüsusi proqramın hazırlanması;
  • iştirakçıların qeydiyyatının təşkili;
  • koordinasiya proseslərinin həlli;
  • azımlı hesabatların təşkili;
  • aviabilet, transfer və s.

Bizdə “yox” yoxdur!  


Zəhmət olmasa, sorğunuzu icra edənə qədər səbrli olun.