Alış-veriş turu

Alış-veriş turu

Azərbaycanda ən yaxşı alış-verişi kəşf edin. Sərgüzəştinizi xatırlatmaq üçün alış-veriş tətilin ən yaxşı təəsüratlalarından ola bilər.


Azərbaycana səfər etmək və hədiyyəsiz qayıtmağı kim təsəvvür edə bilər? Azərbaycandan hədiyyəsiz qayıtmaq demək olar ki, mümkünsuzdür. Sərgüzəştinizi xatırlatmaq üçün alış-veriş tətilin ən yaxşı təəsüratlalarından ola bilər.

Azərbaycandan gətiriləcək ən yaxşı suvenir, şübhəsiz ki, yun və ya ipəkdən ibarət ənənəvi xalça, ipək kəlağayı, şəbəkə texnikasından istifadə edərək qiymətli metallardan hazırlanmış məşhur zinət əşyaları, saxsı qablar, milli şirniyyatlar gözəl seçim ola bilər.

Bakı, Şamaxı, Quba, Qarabağ, Gəncə və Qazax Xalça istehsalının yeddi əsas mərkəzidir. Hər bölgənin öz toxuculuq texnologiyası, tipik naxışları və rəngləri vardır.

Əgər xalçalar haqqında məlumat almaq istəyirsinizsə, İçərişəhərdəki xalça dükanlarına, Bakı bulvarındakı Xalça Muzeyinə baş çəkmək üslub və rəng çeşidləri haqqında məlumat əldə etmək kifayətdir.

Bundan başqa ənənəvi saxsı qablar və keramika məhsullarına ölkə daxilində rast gəlmək olar. Əgər şimala getsəniz, Şəkidə ipək kəlağayısı, şəbəkə sənət nümunələri gözəl seçim ola bilər.  

Bundan başqa Bakı şəhərinin mərkəzində yerləşən ticarət mərkəzlərində bahalı və büdcəli olmaqla, dəbli geyimlər, ev-məişət əşyaları, idman geyimlərindən elektron cihazlara kimi həyatın bütün sahəsini əhatə edən malları  tapa bilərsiniz. Uşaqlar üçün əyləncə və oyun mərkəzləri, Bakıda olan ən böyük və müasir kinoteatr, müxtəlif restoranlar, fast food, kofe shoplar sizin asudə vaxtınızı daha maraqlı etməyə xidmət göstərir.


Zəhmət olmasa, sorğunuzu icra edənə qədər səbrli olun.