Azərbaycan: nadir təbiət incilərinin bəziləri

Azərbaycan: nadir təbiət incilərinin bəziləri

Cazibədar, gözəl və ecazkar bir təbiət qüvvələri, vulkanlar və ətraflarında meydana gələn heyrətamiz mənzərələr Azərbaycan təbiətinin məqamlarından biridir.


Azərbaycan ecazkar təbiətə malikdir.  Təkrarsız təbiət abidələrinə ölkənin müxtəlif regionlarında rast gəlmək mümkündür. Ölkə 
şimalda Böyük Qafqaz dağları, qərbdə və cənub-qərbdə Kiçik Qafqaz dağları və cənub-şərqdə Talış dağları ilə əhatə olunmuşdur.

Palçıq vulkanları, heç vaxt sönməyən əbədi alovlar, şəffaf sulu gölləri, ilkin yaşayış məskənləri, mineral-mülicəvi suları, Naftalan neftinə dünyanın heç bir yerində rast gəlmək mümkün deyil. Ölkə ərazisində 10-a yaxın qoruq mövcuddur.

Nadir təbiət incilərinin bəziləri:

Göygöl Kəpəz dağının zirvəsində baş vermiş zəlzələ nəticəsində meydana gələn bir təbiət möcüzəsidir. Göldəki su çox şəffaf olduğundan 13 metr dərinliyi belə görə bilərsiniz. 

Azərbaycan palçıq vulkanlarının sayı ilə dünyada birinci yeri tutur. Dünyada 800 palçıq vulkanının 350-dən çoxu ölkəmizdə yerləşir. Palçıq vulkanları Qobustan ərazisində geniş yayılıb.

Yanardağ Abşeron yarımadasında Xəzər dənizi sahilində yerləşir. Dağın ətəyində təbii qazın çıxması nəticəsində alovlanan  unikal təbiət hadisəsidir.  Heç vaxt sönməyən təbiət abidəsinin yaşı məlum deyil.

Zaqatala Dövlət Qoruğun əsasın flora tərkibi dağlıq meşələrindən və dağlıq çəmənliklərindən ibarətdir. Müasir floranın mindən çox növü burada müşahidə olunur.

İsmayıllı Dövlət Qoruğu 34.400 hektar ərazidə qurulmuşdur. Yaradılışın məqsədi heyvanları və quşları qorumaq və artırmaqdır. Ərazinin bitki örtüyü alp, subalp dağ otları və meşə bitkilərindən ibarətdir. Meşələr daha çox yer fıstığı və palıd ilə örtülmüşdür. Qoruqda cüyür, Qafqaz maralı, qaban, vaşaq, canavar, tülkü, dovşan, çaqqal, meşə pişiyi, yenot, porsuq, dələ və s.

Duzdağ Naxçıvanın əsas simvollarından biri, dünyanın ən qədim duz yatağıdır. Alimlərin fikrincə, bu sahənin  inkişafı 4,5 min il bundan əvvəl başlamışdır.

İstisu Viləşçayın sahilində, Dombalov dağının yamacında 1650 metr dəniz səviyyəsindən yuxarıda yerləşir. Su, isti formada (təxminən 69 dərəcə) 90-250 m dərinlikdən çıxır və bir çox xəstəliklərin müalicəsində istifadə olunur.


Post a Review Add Review

Zəhmət olmasa, sorğunuzu icra edənə qədər səbrli olun.