Ağstafa SƏYAHƏT YERİ

Mədəniyyəti, görməli yerləri və zəngin təbiəti ilə seçilən Ağstafa Azərbaycanın ən gözəl bölgələrindən biridir. Füsunkar təbiətə malik rayonun ərazisində xeyli sayda tarixi abidələr qalmaqdadır. Töyrətəpə və Çobandaşlı adlı qədim yaşayış məskənı buna sübutdur.


14 Dec / 04:44 AM CARİ VAXT

  • Azərbaycan
  • Ağstafa
  • 88 nəfər
  • 1504.00 km2
  • Azerbaijani
  • Manat
Azərbaycan | Ağstafa | View on map

İlk insan yaşayış məskənlərindən olan mağaralar kompleksi-Keşikçidağ mədəniyyət-tarix qoruğu da Ağstafada yerləşir.

Ağstafa ölkənin şimal-qərbində, Böyük və Kiçik Qafqaz sıra dağlarının arasında yerləşir. 9572 hektar sahəni əhatə edən Qarayazı Dövlət qoruğunda adı "Qırmızı kitab"a düşmüş -nəsli tükənməkdə olan bir sıra bitki və quşlar qorunur.  Qoruğun əsas hissəsi Tuqay meşəliyidir.

Rayonun müxtəlif yerlərində eramızdan əvvələ aid çoxsaylı arxeoloji və tarixi abidələr qalmaqdadır. Onların arasında tunc dövrünə aid Aşağı Kəsəmən kəndindəki Töyrətəpə adlı insan məskəni və tunc dövrünün sonu – dəmir dövrünün əvvəlinə aid Dağ Kəsəmən kəndində qəbiristanlıq Çobandaşlı adlı məskən dünya əhəmiyyətli abidələr sırasına daxil edilmişdir.

Köçəsgər kəndinin yaxınlığında daş dövrünə aid Molla Nağı təpəsi, tunc və dəmir dövrlərinə aid edilən Durnatəpə, Böyüktəpə, Şiş Quzeyi Piri, Ağstafa şəhərinin yaxınlığında tunc və dəmir dövrlərinə aid Cantəpə, Yastıtpə qədim yaşayış yerlərini qeyd edə bilərik. 

XVII əsrə aid qüllə, Qıraq Kəsəmən kəndində XIX əsrə aid məscidlər, Kolxəlfəli, Qarahəsən, Dağ Kəsəmən və başqa kəndlərdə XIX əsrdə tikilmiş məscidlər və  orta əsr memarlıq abidələridir. Rayon ərazisində çoxlu sayda qədim məscidlər var. Qafqaz Albaniyası zamanında kilsə olaraq tikilmiş Keşiş dağ məbədi də Ağstafa ərazisində yerləşir.

İlk orta əsrlərlər aid Tatlı Alban məbədi, orta əsrlərlərə aid Yuxarı Göyçəli və Tatlı kəndləri arasında, Haça dağ tikilisi, XIX əsrə aid Kolxələfli kəndindəki Kəhriz də mötəbər abidələr sırasındadır.

Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğu — Ağstafanın Gürcüstanla sərhəd ərazisində yerləşir. Bura çox maraqlı və qeyri-adi məbəddir.

Qoruğun ərazisi Keşikçidağ silsiləsinin bir hissəsini əhatə edən mağaralar kompleksini əhatə edir.  Mağara-məbədlər kompleksi dəniz səviyyəsindən 750–950 m hündürlükdə sıldırım qayalıqlarda yerləşir.  Qoruğun ərazisində ilkin və orta əsrlər dövrlərdə yaradılmış 100-ə qədər süni və təbii mağara, qədim yaşayış yerləri, son tunc və ilkin dəmir dövrünə aid 100-ə qədər kurqan, ilkin orta əsrlərdə Qafqaz Albaniyasının yerli əhalisi tərəfindən sıldırım dik qaya üzərində 11 metr hündürlüyündə müdafiə məqsədilə inşa edilmiş üçmərtəbəli qala, cənub istiqamətinə baxan, bir birindən 1500 metr aralıda yerləşən və yerli daş materiallardan inşa olunmuş iki alban məbədi, həmçinin “Keşikçidağ” mağaralar kompleksində yerləşən yerli əhali tərəfindən “Qüdrət” bulağı kimi tanınan ziyarətgah yerli sakinlərin qədim tarixə malik mədəniyyətini və dini-etnik xüsusiyyətlərini göstərir.

Ərazisində hakim olan zəngin tarixi-etnoqrafik mühitin, mədəniyyət abidələrinin daha da dərindən öyrənilməsi, qorunması məqsədilə Prezident İlham Əliyevin 19 dekabr 2007-ci ildə imzalanmış sərəncamı ilə mağaralar kompleksi tarix-mədəniyyət qoruğu elan edilmişdir.