Altıağac SƏYAHƏT YERİ

Altıağac Azərbayanın Xızı rayonunda yerləşən qəsəbədir. Turizm məkanlarından olan Altıağac rayon mərkəzindən 12–14 km aralıdadır . Altıağac Azərbaycanın ən məşhur turistik qəsəbələrindən biridir və bunun yaxşı bir səbəbi var. Mavi səma, zümrüd yaşılı meşələri ilə məşhurdur. Qəsəbənin bu təbii gözəlliyi sizi heyran qoyacaq.


14 Dec / 05:34 AM CARİ VAXT

  • Azərbaycan
  • Xızı
  • 1600 nəfər
  • 1850.00 km2
  • Azerbaijani
  • Manat
Azərbaycan | Altıağac | View on map

Altıağac qəsəbəsinin ərazisi turizm potensialı ilə seçilir. Xüsusilə həftəsonu istirahət üçün ideal yerdir. Burada ekoloji turizmin inkişafı üçün də imkanlar var. Yay aylarında astma xəstəliyindən əziyyət çəkən çox sayda insan buraya, sadəcə, təmiz hava almaq üçün gəlir.
Gözəl təbiətə malik olduğuna görə hələ orta əsrlərdə, Şamaxıdan Qubaya gedən yol buradan salınmışdı. Altıağac dəvə karvanlarının düşərgə salıb dincəldikləri yer olmuşdur. Şamaxını “dəmir qapı” Dərbəndlə birləşdirən qədim karvan yolu da buradan keçirdi.

Şamaxıdan Altıağaca qədər olan məsafə 45–50 km-ə bərabərdir. Qəsəbənin şimal şərqində XII əsrdə tikilmiş qalanın qalıqları günümüzə qədər qalmaqdadır.

Təmiz meşə havası və füsunkar təbiəti ilə Altıağac hər bir səyahətçinin mütləq ziyarət etməli olduğu yerdir. Gəldiyiniz andan ətrafınızıdakı yaşıllığa heyran qalacaqsınız.
Altıağac Milli Parkı Xızı və qonşu Siyəzən rayonunun ərazisində yerləşir. Parkın ən yüksək zirvəsində Soyuqbulaq adlı yer var. Suyu buz kimi soyuq olan bulaqların olduğu bu məkan meşəlik ərazidədir. Burada çadır qurub gecələmək mümkündür. Əraziyə gələnlərin parkın da müxtəlif növ heyvanları seyr etmək şansı da var. Bir sözlə, təbiətdən zövq almaq, dincəlmək üçün gözəl yerdir. Sakit tətil axtarışındasınızsa əminik ki, Altıağaca aşiq olacaqsınız.