Bakı SƏYAHƏT YERİ

Bakı! Qədim və həmişəcavan şəhərdir. Hər daşında bir tarix, canlı səlnamə yaşayır. Qoca şərqin qapısında məğrur-məğrur dayanmış, neft şəhəri kimi tanınıb tarixin səhifələrinə “neft şəhəri”, “qara qızıl” məskəni “küləklər şəhəri” adı ilə həkk olunub.


02 Oct / 11:43 AM CARİ VAXT

  • Azərbaycan
  • Bakı
  • 2293700 nəfər
  • 2140.00 km2
  • Azerbaijani
  • Manat

Xəzər dənizinin ən qədim liman şəhərlərindən olan Bakı, Qafqaz bölgəsində ən böyük ticarət və mədəniyyət mərkəzidir.

Bürclü qala divarları ilə əhatə olunmuş qədim İçərişəhər, Xəzərin sahillərində əsrlər boyu əzəmətli durmuş qocaman Qız qalası, Şirvanşahlar saray kompleksi, Cümə məscidi, qədim karvansaraylar Bakının əzəmətini artıran abidələrdir. Memarlıq baxımından zəngin olan şəhərin bir sıra tikililəri onun müasir görkəminə məxsusi gözəllik qatır.

Nizami küçəsində yerləşən əzəmətli bina heç şübhəsiz ki, diqqətinizi daha bir əzəmətli bina cəlb edəcək. Bu bina 1910-cu ildə Bakı milyonçusu Mayılovun sərmayəsi ilə məşhur memar Bayevin layihələsi əsasında tikintisinə başlanan bina cəmi on ay ərzində başa gələn ölkəmizdə ən böyük musiqi teatrı olan Azərbaycan Opera və Balet Teatrının binasıdır. Möhtəşəm tarixi və XIX əsr binaları ilə yanaşı Bakı eyni zamanda müasir, futuristik Avropa standartlarına cavab verən tikililəri ilə də seçilir.

Bakı şəhərinin istirahət məkanları sırasında birinci yeri Xəzərin Bakı buxtasında salınan dənizkənarı bulvar – Milli Park tutur. Bir əsr yaşı olan dənizkənarı bulvar bu gün ərazisinə görə Paris şəhərindəki Sena çayı sahil parkdan sonra ikinci yeri malikdir.

Şəhərin görkəminə müasirlik və möhtəşəmlik qatan dünyaca məşhur memarların dizaynı əsasında tikilən Heydər Əliyev mərkəzi, Bakının müasir rəmzinə çevrilmiş 3 alov dilimi “Alov qüllələri” (Flame Towers) şəhərimizin müasir memarlıq abidələrindəndir.

Bakının gəzməli-görməli, qədim tarixə malik, yaxud möhtəşəmliyi ilə seçilən müasir məkanları təbii ki, bunlarla yekunlaşmır. Şirvanşahlar sarayı, Qız qalası, karvansaralar, Filarmoniya binası, daha neçə-neçə memarlıq incilərini bu siyahıya əlavə etmək olar. Qala divarlarının içərisində yerləşən “Şəhər içində bir şəhər” adlandırılan İçərişəhər paytaxtımızın simvoludur.


Bakı Tövsi̇yə Edi̇lən Yerlər

Bakı Tövsi̇yə Edi̇lən Qonaqlama Məkanlari