Bakının mədəni həyatı

Təsadüfi deyil, Bakı Azərbaycanın ən böyük mədəniyyət mərkəzidir. Görkəmli fransız yazıçısı Jan Rişar Blok yazırdı: “ Bu şəhərin bəxti gətirmişdir, burada Qərb və Şərq üslubları məqsədəuyğun surətdə təzad yaradaraq bir-birinə uyğunlaşır və qovuşur...”


Bakı Müsəlman Şərqində ilk milli teatrın pərdəsinin qalxdığı, ilk operanın səhnəyə qoyulduğu, ilk Azərbaycan qəzetinin nəşr olunduğu, ilk Azərbaycan kitabxanasının açıldığı şəhədirdir.

Şəhər həm zəngin yerli dramatik portfeldən, həm də beynəlxalq repertuardan çəkərək geniş mədəni fəaliyyət təklif edən bir çox şəraitə malikdir. Qədim mədəni və memarlıq abidələri ilə yanaşı müasir arxitektura inciləri ilə diqqət çəkməkdədir.

2007-ci ildə məşhur İraq-İngilis memarı Zaha Hadid tərəfindən tərtib edilmiş Heydər Əliyev Mədəniyyət Mərkəzi açılmışdır. Bakı eyni zamanda  tarixi əsərlər və sənət əsərlərinin sərgiləndiyi Bakı Müasir İncəsənət Muzeyi və Azərbaycan Dövlət Tarix Muzeyi kimi bir çox muzeyə malikdir. Şəhər 2009-cu ildə İslam Mədəniyyət Paytaxtı elan edilişdir. Bakı "Eurovision 2010" Rəqs Yarışmasına ev sahibliyi etmişdir. Eyni zamanda 2015-ci ildə ilk Avropa Oyunlarına ev sahibliyi edən ilk şəhər olmuşdur.

Bakının nüfuzlu mədəniyyət məkanları sırasında Azərbaycan Dövlət Filarmoniyası, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı da var. Festivallara Bakı Beynəlxalq Film Festivalı, Bakı Beynəlxalq Caz Festivalı, Novruz Festivalı daxildir. Beynəlxalq və yerli sərgilər Bakı Ekspo Mərkəzində təqdim olunur.

Şəhərin vacib musiqi səhnələri Bakı Kristal Zalı, Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Filarmoniyası və Beynəlxalq Muğam Mərkəzidir.

Şəhərin ən gözəl binalarında yerləşdiyi 30 ən yaxşı muzey, 7 teatr, 11 ali təhsil müəssisəsi, filarmoniya, opera teatrı, kinostudiya, kinoteatrlar və kitabxanalar fəaliyyət göstərir.